Xalq artistinin kürəkəni ilə bağlı QƏRAR
13 Noyabr 2026, 15:37
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
821
01.10.2026, 19:44
Xəbər verdiyimiz kimi,Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Hadisənin hallarının araşdırılması məqsədilə Hərbi Prokurorluqda müvafiq araşdırma aparılmış və araşdırma nəticəsində Nəsimi Musayevin hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən edilib.
Araşdırma zamanı toplanmış materiallar əsasında Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılmış, hazırda iş üzrə zəruri istintaq və digər prosessual hərəkətlər davam etdirilir.
Qeyd olunan məlumatları Baş Prokurorluq yayıb.
Bəs,hərbi hissəni özbaşına tərk edən əsgəri hansı cəza gözləyir?
Mövzu ilə bağlı Oxu24.com-a danışan hüquqşünas Ellada Bayramova bildirib ki, Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin) 333-cü maddəsi ilə tənzimlənir.
Hüquqşünasın sözlərinə görə,çağırış üzrə hərbi qulluqçunun hərbi hissəni,xidmət yerini özbaşına tərk etməsi və ya vaxtında gəlməməsi 3 gündən artıq, lakin 10 gündən çox olmadıqda (və ya 3 gündən az olsa belə, 6 ay ərzində təkrar törədildikdə) — 1 ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır.Qanunvericiliyə və Konstitusiya Məhkəməsinin qərarına əsasən, bu maddədə 1 gün 24 saatlıq müddəti (sutka) ehtiva edir.
Şərh olunan cinayətin cəhəti iki növ fəraliliyi nəzərdə tutur:
1. hərbi hissəni özbaşınatərketmənin və ya xidmət yerinə qayıtmamanın müddətinə görə müəyyən edilən fərarilik.
2. hərbi hissənin özbaşına tərk etmənin və ya xidmət yerinə qayıtmamanın məqsədinə görə müəyyən edilən fərarilik.
Cinayətin subyektiv cəyətin təqsirin yalnız birbaşa qəsd formasında ifadə oluna bilər. Fərariliyin ikinci növü üçün subyektiv cəhətin daha bir zəruri əlaməti xüsusi məqsədin – hərbi xidmətdən boyun qaçırma məqsədinin olmasıdır.
"Daha uzun müddətlər və ağırlaşdırıcı hallar: Əməlin törədilmə müddətindən (məsələn, 10 gündən, 1 aydan artıq) və ya döyüş şəraitində icra olunmasından asılı olaraq cəza müddəti (azadlıqdan məhrum etmə) artır.Əgər hərbi qulluqçu hərbi xidmətdən həmişəlik yayınmaq məqsədilə hərbi hissəni tərk edibsə, əməl fərarilik kimi tövsif oluna və AR CM-in 334-cü maddəsi ilə tənzimlənə bilər",-deyə Ellada Bayramova bildirib.
Jalə
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.