Əfqan Sadıqovun məhkəməsi başlayıb
23 Oktyabr 2026, 14:15
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
494
28.09.2026, 10:14
Vəkillər Kollegiyasının nümayəndə heyəti Polşada beynəlxalq konfransda iştirak edib
2026-cı il sentyabrın 25–26-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropa Vəkillər Assosiasiyasının (AEA-EAL) dəvəti ilə Polşanın paytaxtı Varşavada səfərdə olub.
Səfər çərçivəsində nümayəndə heyəti Polşa Milli Vəkillər Şurasının AEA-EAL-a üzvlüyünün 30 illiyi və Avropa Vəkillər Assosiasiyasının təsis edilməsinin 40 illiyi münasibətilə “Avropada və onun hüdudlarından kənarda hüquq peşəsində həmrəyliyin gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib.
Konfransda Polşanın ədliyyə naziri, Polşa Milli Vəkillər Şurasının, AEA-EAL-ın, Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE), Avropa Vəkillər Kollegiyaları Federasiyasının (FBE) prezidentləri və Avropa Şurasının İnsan Hüquqları üzrə direktoru, eləcə də müxtəlif ölkələrin vəkillər kollegiyaları, hüquq cəmiyyətlərinin rəhbərləri, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, dövlət rəsmiləri və vətəndaş cəmiyyəti təmsilçiləri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Polşanın ədliyyə naziri Valdemar Zurek konfrans iştirakçılarını və qonaqları salamlayaraq, tədbirin hüquq peşəsi nümayəndələri arasında əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi baxımından əhəmiyyətindən danışıb.
VK sədri Anar Bağırov panel müzakirələri zamanı “Vəkillik peşəsinin müstəqilliyinin təminatları” mövzusunda çıxış edib. Çıxışında AEA-EAL-a üzvlüyünün 30-cu ildönümünü qeyd edən Polşa Milli Vəkillər Şurasının üzvlərini, eləcə də Avropa Vəkillər Assosiasiyasının yaradılmasının 40 illik yubileyi münasibətilə Assosiasiyanın üzvlərini təbrik edən sədr onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Anar Bağırov vəkillik peşəsinin müstəqilliyinin hüququn aliliyinin, insan hüquqlarının və ədalətli məhkəmə araşdırmasının əsas təminatlarından biri olduğunu vurğulayıb. Qeyd edilib ki, vəkillər peşə fəaliyyətlərini hər hansı təzyiq və müdaxilədən azad şəkildə, yalnız qanunun və peşə etikası normalarının tələblərinə uyğun həyata keçirməlidirlər. Vəkilliyin müstəqilliyinin təmin olunmasında qanunvericilik təminatları, peşə özünüidarəetməsi və maliyyə müstəqilliyi mühüm rol oynayır.
Sədr müstəqilliyin eyni zamanda yüksək peşəkar və etik məsuliyyət tələb etdiyini diqqətə çatdırıb. Hər bir vəkil öz fəaliyyətində maraqlar toqquşmasından çəkinməli, peşə müstəqilliyini və ictimai etimadı qoruyan davranış nümayiş etdirməlidir.
Həmçinin Anar Bağırov bildirib ki, Azərbaycanda vəkillərin peşə fəaliyyətində qarşılaşdıqları məsələlərin həlli istiqamətində aidiyyəti qurumlarla institusional dialoq davam etdirilir. Beynəlxalq təcrübə və peşəkar standartların öyrənilməsi də milli qanunvericiliyin və institusional mexanizmlərin təkmilləşdirilməsinə mühüm töhfə verir.
Sədr çıxışında müasir dövrdə rəqəmsallaşma, süni intellekt, məlumatların qorunması və kibertəhlükəsizlik kimi yeni çağırışların vəkillik peşəsinə təsirlərinə də toxunub. Vurğulanıb ki, texnologiyalar və hüquqi xidmətlərin göstərilməsi üsulları dəyişsə də, vəkilliyin müstəqilliyi dəyişməz fundamental prinsip olaraq qalmalıdır.
Səfər çərçivəsində VK nümayəndə heyəti ilə beynəlxalq təşkilatların və müxtəlif ölkələrin Vəkillər kollegiyalarının rəhbərləri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və təcrübə mübadiləsi istiqamətində görüşlər keçirilib, gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.
Eyni zamanda VK sədri Anar Bağırov Polşa Milli Vəkillər Şurasının prezidenti Vlodzimierz Kroşçikə xatirə hədiyyəsi təqdim edib.
Tədbirin sonunda iştirakçıların şərəfinə rəsmi ziyafət təşkil olunub, həmçinin şəhər üzrə ekskursiya keçirilib.


21:12 / 24 Oktyabr 2026
32
21:07 / 24 Oktyabr 2026
35
20:52 / 24 Oktyabr 2026
60
20:34 / 24 Oktyabr 2026
66
20:31 / 24 Oktyabr 2026
443
20:12 / 24 Oktyabr 2026
73
20:05 / 24 Oktyabr 2026
74
19:55 / 24 Oktyabr 2026
76
19:40 / 24 Oktyabr 2026
80
19:09 / 24 Oktyabr 2026
103
18:55 / 24 Oktyabr 2026
81
18:40 / 24 Oktyabr 2026
89
18:27 / 24 Oktyabr 2026
87
18:20 / 24 Oktyabr 2026
240
18:13 / 24 Oktyabr 2026
107
18:07 / 24 Oktyabr 2026
80
18:02 / 24 Oktyabr 2026
575
17:59 / 24 Oktyabr 2026
86
17:59 / 24 Oktyabr 2026
507
17:38 / 24 Oktyabr 2026
2143
17:27 / 24 Oktyabr 2026
747
17:19 / 24 Oktyabr 2026
284
16:25 / 24 Oktyabr 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.