Süni intellektin səhv qərarı nəticəsində insana zərər dəyərsə, kim məsuliyyət daşımalıdır?
03 Noyabr 2026, 10:30
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
332
17.09.2026, 12:55
Biləsuvar Rayon Məhkəməsində ananın oğluna qarşı gələcəkdə mirasdan məcburi pay almaq hüququndan məhrum edilməsi tələbinə dair mülki işə baxılıb.
Bu barədə Oxu24.com-a Biləsuvar Rayon Məhkəməsindən məlumat verilib.
Bildirilib ki, işin hallarına görə, iddiaçı oğlunun uzun müddət ərzində ona qarşı kobud və hörmətsiz davrandığını, ailə münasibətlərinin ciddi şəkildə pozulduğunu bildirərək, gələcəkdə ona məxsus əmlakdan məcburi pay almaq hüququndan məhrum edilməsini tələb edib. Cavabdeh isə iddiaları qəbul etməyərək ailə üzvləri ilə mübahisənin əmlakın satılması məsələsindən qaynaqlandığını bildirib.
Biləsuvar Rayon Məhkəməsi iş üzrə tərəflərin izahatlarını, şahid ifadələrini, polis orqanlarına edilmiş müraciətlərlə bağlı sənədləri, səs yazılarını və digər sübutları araşdırıb.
Məhkəmə qeyd edib ki, qanunvericilik uşaqların, valideynlərin və ər-arvadın mirasda məcburi pay hüququnu tanısa da, müəyyən əsaslar olduqda miras qoyan hələ sağlığında məhkəməyə müraciət etməklə şəxsin bu hüquqdan məhrum edilməsini tələb edə bilər.
İş üzrə sübutları məcmu şəkildə qiymətləndirən məhkəmə tərəflər arasında uzun müddət davam edən münaqişələrin olduğunu müəyyən edib və cavabdehin anasına münasibətdə davranışını miras qoyana qarşı qəsdən sərt rəftar kimi qiymətləndirib. Məhkəmə həmçinin ailə münasibətlərinin qarşılıqlı qayğı, hörmət və ehtiram kimi dəyərlərə əsaslandığını, araşdırılan halda tərəflər arasındakı mənəvi və əxlaqi münasibətlərin ciddi şəkildə pozulduğunu qeyd edib.
Qətnamədə həmçinin vurğulanıb ki, mirasda məcburi pay institutu yaxın ailə üzvlərinin mənafelərinin qorunmasına xidmət etsə də, bu hüquq mütləq xarakter daşımır. Qanunda nəzərdə tutulan əsaslar mövcud olduqda miras qoyan hələ sağlığında məhkəməyə müraciət etməklə məcburi pay hüququ olan şəxsin həmin hüquqdan məhrum edilməsini tələb edə bilər.
Məhkəmə ailə münasibətlərinin yalnız hüquqi qohumluq əlaqəsi ilə məhdudlaşmadığını, qarşılıqlı qayğı, hörmət və ehtiram kimi mənəvi-əxlaqi dəyərləri də ehtiva etdiyini qeyd edib. Araşdırılmış sübutların məcmusu əsasında konkret işdə bu münasibətlərin ciddi şəkildə pozulduğu qənaətinə gəlinib.
Biləsuvar Rayon Məhkəməsinin qətnaməsi ilə iddia təmin olunub və cavabdeh anasına məxsus əmlakdan gələcəkdə məcburi pay almaq hüququndan məhrum edilib. Qətnaməyə əsasən, məcburi pay almaq hüququndan məhrumetmə mirasın açıldığı andan qüvvədə olacaq.
11:22 / 03 Noyabr 2026
1
11:11 / 03 Noyabr 2026
31
11:10 / 03 Noyabr 2026
35
11:01 / 03 Noyabr 2026
166
10:51 / 03 Noyabr 2026
51
10:44 / 03 Noyabr 2026
83
10:39 / 03 Noyabr 2026
60
10:30 / 03 Noyabr 2026
127
10:27 / 03 Noyabr 2026
161
10:24 / 03 Noyabr 2026
61
10:20 / 03 Noyabr 2026
86
10:17 / 03 Noyabr 2026
141
10:01 / 03 Noyabr 2026
334
10:00 / 03 Noyabr 2026
87
09:58 / 03 Noyabr 2026
81
09:31 / 03 Noyabr 2026
83
09:29 / 03 Noyabr 2026
88
09:28 / 03 Noyabr 2026
94
07:35 / 03 Noyabr 2026
172
06:33 / 03 Noyabr 2026
186
03:05 / 03 Noyabr 2026
523
02:30 / 03 Noyabr 2026
659
01:55 / 03 Noyabr 2026
293
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.