Xalq artistinin kürəkəni ilə bağlı QƏRAR
13 Noyabr 2026, 15:37
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
350
04.09.2026, 18:15
Son illərdə cəmiyyətdə ailə institutunun qorunması ilə yanaşı, nikahın pozulması prosesləri və bu zaman ortaya çıxan hüquqi prosedurlar ən çox müzakirə olunan mövzulardan biridir. Vətəndaşların bir çoxu boşanma zamanı hansı quruma müraciət edəcəyini, prosesin nə qədər vaxt aparacağını və hansı sənədlərin tələb olunduğunu dəqiq bilmir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, nikahın pozulması qaydaları yetkinlik yaşına çatmayan uşaqların olub-olmamasından və tərəflərin qarşılıqlı razılığından asılı olaraq dəyişir. Bəzi hallarda boşanma prosesi qısa müddətdə həll edildiyi halda, bəzən tərəflər arasında yaranan mübahisələr məhkəmə çəkişmələrinin uzanmasına və tərəflər arasında narazılığa səbəb olur. Xüsusilə övladı olan cütlüklər üçün məcburi mediasiya mərhələsinin tətbiq olunması tərəflər arasında razılığın əldə edilməsi və hüquqların qorunması məqsədi daşıyır. Bununla yanaşı, iddia ərizələrinin düzgün tərtib edilməməsi və hüquqi prosedurların ardıcıllığına riayət olunmaması vətəndaşlar üçün əlavə vaxt itkisi yaradır.
Mövzu ilə bağlı yaranan suallara aydınlıq gətirmək, nikahın pozulması mexanizmini və müddətlərini dəqiq izah etmək üçün mütəxəssis rəyinə ehtiyac duyulur. Məhz bu məqsədlə Oxu24.com olaraq mövzunu hüquqi müstəvidə işıqlandırmaq üçün sahə üzrə mütəxəssisə müraciət etdik.
P.S. ASK Hüquq Consulting xidmətinin rəhbəri, hüquqşünas Aysel Süleymanova Oxu24.com-a açıqlamasında nikahın pozulması qaydaları, müraciət mərhələləri və diqqət yetirilməli olan vacib məqamlar barədə geniş məlumat verib.
Hüquqşünas bildirib ki, boşanma prosesində ilk növbədə cütlüyün müştərək yetkinlik yaşına çatmayan övladlarının olub-olmaması nəzərə alınır:
"Əgər cütlüyün yetkinlik yaşına çatmayan övladları yoxdursa və hər iki tərəf boşanmağa qarşılıqlı razıdırsa, proses kifayət qədər sadələşdirilmiş qaydada həyata keçirilir. Bu halda tərəflər birgə 'ASAN xidmət' mərkəzlərinə müraciət edərək daha asan və qısa müddətdə nikahı poza bilərlər. Bunun üçün hər iki tərəfin birgə müraciəti mütləqdir”.
Aysel Süleymanovanın sözlərinə görə, ailədə azyaşlı övladlar olduqda isə prosedur tamamilə fərqli müstəvidə davam edir:
"Ailədə yetkinlik yaşına çatmayan övladlar varsa, tərəflərin razılığının olub-olmamasından asılı olmayaraq, ilkin olaraq mediasiya prosesinə müraciət olunmalıdır. Mediasiya mərhələsi keçirildikdən sonra məsələyə məhkəmə qaydasında baxılır. Hər iki tərəfin razılığı olduqda boşanma prosesi daha tez başa çatır. Lakin tərəflərdən birinin razılığı olmadıqda bu, tək tərəfli boşanma sayılır və hakim tərəfindən tərəflərə barışmaq üçün 1 aydan 3 aya qədər müddət təyin olunur”.
O, həmçinin vətəndaşlara boşanma və aliment tələbinə dair iddia ərizəsi verərkən tələsik qərar verməməyi xüsusi vurğulayıb:
"Tərtib edilən iddia ərizəsi insanın gələcək həyatını köklü şəkildə dəyişə biləcək hüquqi sənəddir. Vətəndaşlar bu addımı atmazdan əvvəl qərarlarından tam əmin olmalıdırlar, əks halda prosesin geri dönüşü olmaya bilər. Hüquqi prosedurların düzgün və itkisiz idarə olunması üçün mütəxəssis dəstəyindən yararlanmaq tövsiyə olunur”.
Çimnaz Telmanqızı
23:17 / 13 Noyabr 2026
1
23:09 / 13 Noyabr 2026
31
23:05 / 13 Noyabr 2026
48
23:02 / 13 Noyabr 2026
56
22:53 / 13 Noyabr 2026
71
22:49 / 13 Noyabr 2026
68
22:41 / 13 Noyabr 2026
68
22:36 / 13 Noyabr 2026
78
22:18 / 13 Noyabr 2026
77
22:13 / 13 Noyabr 2026
81
22:03 / 13 Noyabr 2026
359
21:43 / 13 Noyabr 2026
777
21:36 / 13 Noyabr 2026
93
21:29 / 13 Noyabr 2026
119
21:24 / 13 Noyabr 2026
95
21:03 / 13 Noyabr 2026
102
20:58 / 13 Noyabr 2026
113
20:50 / 13 Noyabr 2026
1115
20:41 / 13 Noyabr 2026
141
20:37 / 13 Noyabr 2026
114
20:35 / 13 Noyabr 2026
100
20:20 / 13 Noyabr 2026
116
20:09 / 13 Noyabr 2026
367
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.