“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb - VİDEO
21 Oktyabr 2026, 11:00
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
542
28.09.2026, 18:09
44 günlük müharibənin ilk günündə tətbiq edilən unikal taktika: An-2-lər HHM sistemlərini necə üzə çıxardı? – Hərbi ekspert AÇIQLADI
2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsinin üzərindən 6 il ötür. Müharibənin ilk günlərindən etibarən Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar, tətbiq olunan taktiki yanaşmalar və əldə edilən üstünlük böyük qələbənin formalaşmasında mühüm rol oynadı. 44 günlük müharibədə ordumuzun döyüş taktikasında müasir hərbi texnologiyalar və innovativ metodlar ön plana çıxdı. Xüsusilə pilotsuz uçuş aparatları, artilleriya, xüsusi təyinatlı qüvvələr və kəşfiyyat imkanlarının sinxron istifadəsi döyüşlərin taleyini həll etdi. Uzun illər ərzində düşmən tərəfindən qurulmuş dərin eşelonlu müdafiə xətləri məhz bu unikal taktikalar sayəsində yarılaraq darmadağın edildi. Əməliyyatlar zamanı şəxsi heyətin canlı qüvvə itkilərinin minimuma endirilməsi əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirilmişdi. Hərbi aviasiya və artilleriyanın dəqiq zərbələri düşmənin idarəetmə və müdafiə sistemlərini iflic vəziyyətinə saldı. Azərbaycan Ordusunun nümayiş etdirdiyi bu müasir döyüş modeli bu gün dünya hərbi elmində yenilik kimi qəbul olunur və geniş öyrənilir. Müharibənin ilk saatlarından tətbiq edilən unikal fəndlər cəbhədə psixoloji və hərbi üstünlüyü tam olaraq ordumuzun xeyrinə dəyişdi.
Mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Oxu24.com-a öz özəl şərhini təqdim edib.
O bildirib ki, 44 günlük müharibədə Azərbaycan Ordusu bir neçə yeni silahlı mübarizə metodlarından istifadə etdi:
“Silahlı Qüvvələrimiz qarşısında qoyulan vəzifələrdən biri də döyüşlər zamanı insan itkilərini minimumlaşdırmaqdan ibarət idi. Təbii ki, 26 il ərzində möhkəmləndirilmiş və 6, bəzi yerlərdə isə 10 səddən ibarət olan 'Ohanyan səddi'nin yarılması zamanı prosesləri itkisiz halda davam etdirmək mümkünsüz idi. Lakin bu itkiləri minimumlaşdırmaq üçün Azərbaycan əməliyyatların təmassız bir şəkildə — birbaşa təmas olmadan davam etdirilməsinə qərar vermişdi. Bunun üçün biz pilotlu və pilotsuz aviasiyadan geniş istifadə edirdik, artilleriya və artilleriya qurğularından, minaatanlardan kifayət qədər geniş istifadə olunurdu”.
Ekspertin sözlərinə görə, müharibənin ilk günündə Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən təkmilləşdirilən köhnə "An-2" təyyarələrindən geniş şəkildə istifadə edildi. Bu təyyarələrin idarəolunma sisteminə avtopilot rejimi quraşdırılmışdı. Bu sensor vasitəsilə həmin köhnə təyyarələr pilot kabinədə olmadan da təyin olunmuş istiqamətdə uçuşunu davam etdirə bilirdi. Həmin təyyarələr düşmənin ön xəttindən keçərək operativ dərinlikdə yerləşən uzaq və orta mənzilli hava hücumundan müdafiə (HHM) sistemlərini aktiv rejimə keçirməyə bacardılar.
Ədalət Verdiyev qeyd edib ki, pilotlar özləri isə cəbhə xəttini keçmədən paraşütlə öz ərazimizə tullandılar.
Nəticədə düşmənin bütün aviasiya sistemləri şüalanma verməyə, yəni aktiv rejimdə şüalar buraxmağa başladılar.
Ekspert həmçinin vurğulayıb ki, düşmənin HHM sistemlərindən çıxan bu şüaları bizim radiolokasiya və şüa əleyhinə olan zərbə tipli PUA-larımız aşkar etdi və anında məhv etdilər:
“Diqqət yetirilən digər tərəf isə artilleriya vasitəsilə düşmənin birinici və ikincAzəri eşelonunda olan atəş nöqtələri, hətta dərinlikdə yerləşən silah-sursat anbarları məhv edildi. Düşmənin fəaliyyətini məhdudlaşdırmaq üçün ciddi tədbirlər görüldü. Həm ön xəttin yarılması, düşmənin vahiməyə düşərək ikinci eşelona çəkilməsi, ehtiyat qüvvələri döyüşə uğursuz çıxarmaq cəhdləri — bütün bunlar sonunda müharibənin ilk günündə Azərbaycan Ordusunun artıq Cəbrayıl və Füzuli istiqamətində 8 kəndi azad etməsi ilə nəticələndi".
Çimnaz Telmanqızı
22:34 / 24 Oktyabr 2026
1
22:14 / 24 Oktyabr 2026
46
22:05 / 24 Oktyabr 2026
143
21:42 / 24 Oktyabr 2026
737
21:28 / 24 Oktyabr 2026
68
21:12 / 24 Oktyabr 2026
81
21:07 / 24 Oktyabr 2026
75
20:52 / 24 Oktyabr 2026
76
20:34 / 24 Oktyabr 2026
79
20:31 / 24 Oktyabr 2026
653
20:12 / 24 Oktyabr 2026
84
20:05 / 24 Oktyabr 2026
91
19:55 / 24 Oktyabr 2026
81
19:40 / 24 Oktyabr 2026
89
19:09 / 24 Oktyabr 2026
112
18:55 / 24 Oktyabr 2026
86
18:40 / 24 Oktyabr 2026
95
18:27 / 24 Oktyabr 2026
90
18:20 / 24 Oktyabr 2026
294
18:13 / 24 Oktyabr 2026
186
18:07 / 24 Oktyabr 2026
86
18:02 / 24 Oktyabr 2026
658
17:59 / 24 Oktyabr 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.