Ərdoğanın mətbuat xidməti MƏLUMAT YAYDI
07 Noyabr 2026, 21:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
78
07.11.2026, 22:46
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın qabaqcıl silah sistemlərini və digər materialları quru marşrutları ilə daşımasının qarşısını almaq məqsədilə xüsusi işçi qrupu yaradıb.
Oxu24.com xəbər verir ki, bu barədə CENTCOM-un "X" səhifəsində yaydığı məlumatda bildirilib.
Məlumata görə, CENTCOM-un komandanı admiral Bred Kuper (Brad Cooper) “Iron Gate” (“Dəmir Qapı”) adlı işçi qrupunun yaradılması barədə göstəriş verib. Tampa şəhərində (Florida ştatı) fəaliyyət göstərəcək qrup təxminən 20 mülki və hərbi qulluqçudan ibarət olacaq.
Yeni struktur ABŞ hökumətinin digər qurumları ilə koordinasiyalı şəkildə İranın quru sərhədləri və Xəzər dənizi vasitəsilə qabaqcıl silah sistemlərinin, ikili təyinatlı texnologiyaların, sanksiyalara məruz qalan materialların və qanunsuz gəlir mənbələrinin daşınmasının qarşısını almaq istiqamətində fəaliyyət göstərəcək.
""Iron Gate" işçi qrupunun yaradılması dənizdə İrana qarşı tətbiq etdiyimiz sarsılmaz blokadanın uğurunu möhkəmləndirir. CENTCOM-un ABŞ hökumətinin digər qurumları ilə əməkdaşlığının gücləndirilməsi İranın terrorizmi maliyyələşdirmək, silah istehsalı müəssisələrini yenidən qurmaq və hərbi ehtiyatlarını bərpa etmək imkanlarını daha da məhdudlaşdıracaq", – Bred Kuper bildirib.
CENTCOM-un məlumatında, həmçinin qeyd olunub ki, son aylarda ABŞ-ın dəniz blokadası İranın 25 milyard dollardan çox xam neft ixrac etməsinin qarşısını alıb. İran limanlarına daxil olan və oradan çıxan bütün gəmilərə qarşı dənizdə sərt nəzarət tədbirləri davam etdirilir.
23:30 / 07 Noyabr 2026
1
23:30 / 07 Noyabr 2026
6
23:08 / 07 Noyabr 2026
62
23:02 / 07 Noyabr 2026
296
22:57 / 07 Noyabr 2026
98
22:49 / 07 Noyabr 2026
81
22:17 / 07 Noyabr 2026
96
22:07 / 07 Noyabr 2026
1713
21:49 / 07 Noyabr 2026
311
21:47 / 07 Noyabr 2026
120
21:44 / 07 Noyabr 2026
92
21:37 / 07 Noyabr 2026
349
21:36 / 07 Noyabr 2026
123
21:33 / 07 Noyabr 2026
134
21:20 / 07 Noyabr 2026
109
21:18 / 07 Noyabr 2026
111
21:09 / 07 Noyabr 2026
125
21:03 / 07 Noyabr 2026
410
20:57 / 07 Noyabr 2026
126
20:54 / 07 Noyabr 2026
884
20:45 / 07 Noyabr 2026
287
20:38 / 07 Noyabr 2026
144
20:20 / 07 Noyabr 2026
3731
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.