Türkiyədə dəhşətli hücum: Ölənlər var
05 Noyabr 2026, 18:57
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
70
05.11.2026, 19:59
Azərbaycana qarşı çağırışlar səsləndirən və düşmənçiliyi təşviq edən 14 İran vətəndaşının arzuolunmaz şəxs elan edilməsi ölkələrarası münasibətlərdə yeni müzakirələrə yol açıb. Son dövrlərdə Tehranın qonşu dövlətə qarşı apardığı siyasət və səsləndirilən təhdid dolu fikirlər bölgədə gərginliyi artırır. Məsələ ilə bağlı baş verən proseslərin kökündə dayanan səbəblər isə həm siyasi, həm də geosiyasi müstəvidə geniş şəkildə təhlil olunur. İrandakı mövcud hakimiyyət strukturlarının ikili xarakteri və daxildəki qüvvələr balansı bu cür addımların atılmasını qaçılmaz edir. Baş verən bu proseslərin Azərbaycanla münasibətlərə necə təsir edəcəyi isə ictimaiyyətin diqqət mərkəzindədir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Natiq Miri bildirib ki, İranda vahid güc mərkəzi mövcud deyil:
“Bir tərəfdə Azərbaycanla normal, dostluq və əməkdaşlıq siyasəti istəyində olan hökumət, digər tərəfdə isə gücü əlində saxlayan Sepah və mollar rejimi var. Bu iki rejim ünsürləri, güc mərkəzləri hər zaman Azərbaycana açıq şəkildə düşmənçilik mövqeyini ortaya qoyublar. Çünki hədəfləri var: Şiə inqilabını eynən Azərbaycana da ixrac etmək istəyiblər. Bununla bağlı milyardlar xərclənib və qismən bir şiə qövsü də yarada bilmişdilər”.
Politoloq qeyd edib ki, bunu yaradan ünsürlər güc mərkəzləri hələ də İranda böyük səlahiyyət sahibidirlər. Ona görə dünən var idisə bu, sabah da olacaq.
İranın Azərbaycana qarşı həyata keçirdiyi siyasətin mahiyyətinə toxunan politoloq Natiq Miri bildirib ki, Tehran hakimiyyətinin əsas məqsədlərindən biri Azərbaycanda mövcud siyasi hakimiyyəti dəyişdirmək və şiə inqilabı ideologiyasını ölkəmizə ixrac etməklə öz siyasi-dini modelinə uyğun dövlət quruluşu formalaşdırmaqdır:
“İranın öz daxilində uzun illərdir sosial-siyasi və iqtisadi problemlərin mövcud olmasına baxmayaraq, digər dövlətlərin daxili siyasi proseslərinə müdaxilə etməyə çalışması ziddiyyətli yanaşmadır”.
Politoloq hesab edir ki, Azərbaycana qarşı düşmənçilik mövqeyi sərgiləyən şəxslərin arzuolunmaz şəxs elan edilməsi dövlətin milli maraqlarının və təhlükəsizliyinin qorunması baxımından zəruri addımdır.
İki ölkə arasında münasibətlərin gələcək perspektivlərinə toxunan ekspert qeyd edib ki, diplomatik əlaqələrin hansı istiqamətdə inkişaf edəcəyi, ilk növbədə, İran hakimiyyətinin bundan sonrakı davranışından asılı olacaq. Onun fikrincə, İranda siyasi qərarların qəbulu prosesində vahid mövqenin formalaşmaması xarici siyasətdə də qeyri-müəyyənlik yaradır:
“Ölkədə hökumət, dini dairələr və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) arasında mövcud olan fikir ayrılıqları regional və beynəlxalq məsələlər üzrə vahid strategiyanın həyata keçirilməsini çətinləşdirir. Bu vəziyyət ABŞ–İran–İsrail qarşıdurmasının tənzimlənməsi prosesində də özünü göstərir”.
Politoloq vurğulayıb ki, İranın siyasi idarəetmə sistemində qərarvermə mexanizmlərinin parçalanması Azərbaycanla münasibətlərə də təsirsiz ötüşmür. Tehranla diplomatik münasibətlərin davam etdirilməsi zamanı mümkün siyasi və təhlükəsizlik riskləri nəzərə alınmalı, Azərbaycanın milli maraqlarının qorunması istiqamətində prinsipial mövqe saxlanılmalıdır. İranın qeyri-konstruktiv siyasətini davam etdirməsi iki ölkə arasında diplomatik gərginliyin daha da dərinləşməsinə səbəb ola bilər.
Çimnaz Telmanqızı
20:19 / 05 Noyabr 2026
1
20:11 / 05 Noyabr 2026
19
20:07 / 05 Noyabr 2026
28
19:47 / 05 Noyabr 2026
65
19:32 / 05 Noyabr 2026
123
19:20 / 05 Noyabr 2026
372
19:18 / 05 Noyabr 2026
129
19:13 / 05 Noyabr 2026
89
19:07 / 05 Noyabr 2026
84
18:57 / 05 Noyabr 2026
146
18:44 / 05 Noyabr 2026
1332
18:37 / 05 Noyabr 2026
108
18:34 / 05 Noyabr 2026
101
18:24 / 05 Noyabr 2026
255
18:19 / 05 Noyabr 2026
106
18:10 / 05 Noyabr 2026
799
17:45 / 05 Noyabr 2026
198
17:26 / 05 Noyabr 2026
162
17:19 / 05 Noyabr 2026
135
17:03 / 05 Noyabr 2026
891
16:53 / 05 Noyabr 2026
246
16:47 / 05 Noyabr 2026
128
16:34 / 05 Noyabr 2026
244
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.