Qaynar xətt:

(+99450) 247 90 86

İspaniyada baş verən qatar qəzasının səbəbi məlum olub

İspaniyada baş verən qatar qəzasının səbəbi məlum olub

DÜNYA

70

28.10.2026, 22:37

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İspaniya Nəqliyyat Naziri Oskar Puente  bildirib ki, kompüter nasazlığından sonra İspaniyada qatar toqquşması baş verib.

Oxu24.com xəbər verir ki,Nazir bildirib ki, səhv yüksək sürətli qatarları idarə edən LZB təhlükəsizlik sistemini sıradan çıxarıb.

Hadisə baş verən zaman altı qatar relsdə dayanıb. Qəza idarəetmə mərkəzi Renfe qatarının hərəkət etməsinə icazə verdikdən sonra baş verib və nəticədə qatar İryo qatarı ilə toqquşub.

Nazir qəzanın dispetçerlərin səhv qərarı nəticəsində baş verdiyini və bu qərarın Renfe maşinistinə çatdırıldığını təsdiqləyib. Lakin Puente digər qatarların dayandırılmasına baxmayaraq qatarın niyə hərəkət etməsinə icazə verildiyini izah edə bilməyib və nasazlığın dəqiq səbəbini də açıqlamayıb.

28 oktyabr səhəri İspaniyada iki qatar toqquşub. Madriddən Sevilyaya gedən Renfe AVE qatarı özəl daşıyıcı İryo tərəfindən idarə olunan dayanmış qatarla toqquşub, nəticədə bir neçə vaqon relsdən çıxaraq bəndə düşüb. Xidmət dayandırılıb və hakimiyyət orqanları faciənin səbəbini araşdırır. 

Jalə