Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
09 Noyabr 2026, 11:56
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
324
19.10.2026, 23:56
Şimali Koreya lideri Kim Çen İnın beyin qanaması keçirdiyi və komaya düşdüyü barədə iddialar yayılıb.
Oxu24.com xəbər verir ki, bu barədə Britaniyanın “The Sun” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, sosial şəbəkələrdə yayılan iddialarda 42 yaşlı Kim Çen İnın ağır beyin qanamasından sonra komaya düşdüyü və təcili tibbi yardım üçün Çinə aparıldığı bildirilir.
İddialara əsasən, Şimali Koreya lideri Pxenyandakı tibb müəssisələrinin imkanlarının məhdud olması səbəbindən Pekində yerləşən Peking Union Medical College Hospital xəstəxanasına köçürülüb.
Lakin onun həqiqətən də Çinə aparıldığı, beyin qanaması keçirdiyi və ya komada olduğu barədə məlumatlar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Şimali Koreya və Çin rəsmiləri də məsələ ilə bağlı hər hansı rəsmi açıqlama verməyiblər.
Qeyd edək ki, Kim Çen İnın səhhəti ilə bağlı şayiələr ilk dəfə deyil ki, beynəlxalq medianın gündəminə gəlir. 2020-ci ildə onun bir müddət ictimaiyyət qarşısında görünməməsindən sonra öldüyü və ya ağır vəziyyətdə olduğu barədə müxtəlif iddialar yayılmışdı. Lakin o, daha sonra yenidən ictimaiyyət qarşısına çıxmışdı.
12:03 / 09 Noyabr 2026
49
11:56 / 09 Noyabr 2026
37
11:56 / 09 Noyabr 2026
50
11:43 / 09 Noyabr 2026
56
11:37 / 09 Noyabr 2026
138
11:34 / 09 Noyabr 2026
60
11:30 / 09 Noyabr 2026
55
11:22 / 09 Noyabr 2026
73
11:09 / 09 Noyabr 2026
179
11:05 / 09 Noyabr 2026
109
10:55 / 09 Noyabr 2026
160
10:51 / 09 Noyabr 2026
304
10:44 / 09 Noyabr 2026
147
10:38 / 09 Noyabr 2026
200
10:30 / 09 Noyabr 2026
118
10:27 / 09 Noyabr 2026
103
10:10 / 09 Noyabr 2026
176
10:09 / 09 Noyabr 2026
196
10:00 / 09 Noyabr 2026
229
09:36 / 09 Noyabr 2026
1308
09:26 / 09 Noyabr 2026
111
09:19 / 09 Noyabr 2026
149
08:46 / 09 Noyabr 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.