Rusiyadan Simonyanın Qarabağla bağlı sözlərinə cavab
08 Noyabr 2026, 10:54
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
320
15.10.2026, 21:55
Türkiyədə güclü yağışların səbəb olduğu daşqınlar ölkəyə istirahətə gələn Rusiyanın siyasi və biznes elitasının planlarını poza bilər. Vladimir Putinin yaxın çevrəsinə daxil olan bir sıra nüfuzlu şəxslərin şəxsi təyyarələri oktyabr ayında Türkiyəyə uçub.
Oxu24.com xarici mediaya istinadən xəbər verir ki, Məlumata görə, Rusiyanın VEB dövlət inkişaf korporasiyasının rəhbəri İqor Şuvalovun istifadə etdiyi Bombardier Global 6000 təyyarəsi oktyabrın 7-də Moskvadan Türkiyə istiqamətində uçub. Gürcüstana yaxınlaşarkən təyyarənin transponderləri söndürüldüyündən sonrakı marşrutu izləmək mümkün olmayıb. Şuvalovun təyyarəsi iyul və avqust aylarında eyni marşrutla Bodruma uçmuşdu.
“Renova” şirkətlər qrupunun qurucusu Viktor Vekselberqin istifadə etdiyi Bombardier təyyarəsi isə oktyabrın 12-də İstanbula enib və araşdırmanın dərc edildiyi vaxta qədər Türkiyədən ayrıldığı qeydə alınmayıb. Nəşr Vekselberqin daşqınların təsir göstərdiyi İstanbulda ola biləcəyini yazır.
Putinin yaxın dostu, milyarder Boris Rotenberq isə Türkiyədən vaxtında qayıdıb. Onun şəxsi təyyarəsi dörd günlük istirahətdən sonra oktyabrın 9-da Dalamandan Rusiyaya uçub. Oliqarx Oleq Deripaskanın təyyarəsi də oktyabrın 12-də Dalamandan Moskvaya qayıdıb.
Araşdırmada Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin ailəsinə məxsus təyyarənin də Türkiyəyə səfər etdiyi bildirilir. Bombardier Global 5000 oktyabrın 10-da İstanbula enib, ertəsi gün isə ölkəni tərk edib. Uçuş zamanı təyyarənin transponderləri söndürülüb.
Məlumata görə, həmin təyyarə keçmiş prezidentin həyat yoldaşı Svetlana Medvedevanın adına qeydiyyatdadır. Sərhəd xidmətinin sızdırılmış məlumatlarında isə ondan Medvedevin oğlu İlya Medvedevin də istifadə etdiyi göstərilir.
Bununla belə, Şuvalov və Vekselberqin şəxsən Türkiyədə olduqları, yaxud daşqınlar səbəbindən ölkədən çıxa bilmədikləri hələlik təsdiqlənməyib.Musavat.com
16:34 / 08 Noyabr 2026
165
16:25 / 08 Noyabr 2026
55
16:12 / 08 Noyabr 2026
104
16:06 / 08 Noyabr 2026
139
15:17 / 08 Noyabr 2026
138
15:13 / 08 Noyabr 2026
423
14:59 / 08 Noyabr 2026
118
14:54 / 08 Noyabr 2026
113
14:49 / 08 Noyabr 2026
121
14:44 / 08 Noyabr 2026
229
14:31 / 08 Noyabr 2026
129
13:45 / 08 Noyabr 2026
308
13:35 / 08 Noyabr 2026
720
13:21 / 08 Noyabr 2026
157
13:16 / 08 Noyabr 2026
152
13:06 / 08 Noyabr 2026
152
12:47 / 08 Noyabr 2026
818
12:46 / 08 Noyabr 2026
134
12:39 / 08 Noyabr 2026
132
12:35 / 08 Noyabr 2026
779
12:29 / 08 Noyabr 2026
160
12:28 / 08 Noyabr 2026
153
12:27 / 08 Noyabr 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.