Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
03 Noyabr 2026, 01:55
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
10566
13.10.2026, 08:43
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə tənqid və ifadə azadlığının heç kimə böhtan atmaq və başqalarının nüfuzuna xələl gətirmək hüququ vermədiyini bildirib.
Oxu24.com xəbər verir ki, Ərdoğan kapital bazarlarının sağlamlaşdırılması istiqamətində addımlar atacaqlarını qeyd edib.
“Kapital bazarlarımızın tərkibini mikroblara qarşı gücləndirəcək, fəaliyyətini, inşallah, daha sağlam hala gətirəcəyik”, - deyə Türkiyə prezidenti vurğulayıb. pizza mizza
Dövlət başçısı bildirib ki, bu istiqamətdə addımlar atılarkən nifrət siyasəti aparan şəxslərin hakim komanda üzvlərinə və Nazirlər Kabinetinin üzvlərinə qarşı böhtan atmasına, onların şərəf və ləyaqətinə xələl gətirməsinə imkan verilməyəcək.
Ərdoğan Türkiyədə özü də daxil olmaqla heç kimin tənqiddən kənarda olmadığını vurğulayıb. Bununla belə, o qeyd edib ki, heç kimin vəzifəsi, peşəsi və mövqeyi ona FETÖ üsullarından istifadə edərək başqalarına qarşı nüfuz suiqəsdi təşkil etmək hüququ vermir.
“Tənqid hüququ həmsöhbətini yalan və təhriflərlə qaralamaq hüququ deyil. Eyni şəkildə, ifadə azadlığı da qarşısına çıxan hər kəsə böhtan atmaq sərbəstliyi deyil”, - deyə Türkiyə Prezidenti bildirib.
O əlavə edib ki, ictimaiyyət adından hesabat tələb etdiyini iddia edən hər kəs öz vəzifəsini məsuliyyətlə yerinə yetirməli, insanların şərəf və ləyaqətinə toxunmamalıdır.
Yeni Sabah
02:30 / 03 Noyabr 2026
18
01:55 / 03 Noyabr 2026
72
00:25 / 03 Noyabr 2026
119
00:20 / 03 Noyabr 2026
215
00:15 / 03 Noyabr 2026
159
00:15 / 03 Noyabr 2026
106
00:06 / 03 Noyabr 2026
203
23:44 / 02 Noyabr 2026
189
23:39 / 02 Noyabr 2026
108
23:38 / 02 Noyabr 2026
93
23:37 / 02 Noyabr 2026
133
23:32 / 02 Noyabr 2026
108
23:28 / 02 Noyabr 2026
107
23:24 / 02 Noyabr 2026
186
23:19 / 02 Noyabr 2026
137
23:12 / 02 Noyabr 2026
111
23:05 / 02 Noyabr 2026
129
23:05 / 02 Noyabr 2026
121
22:55 / 02 Noyabr 2026
406
22:48 / 02 Noyabr 2026
337
22:44 / 02 Noyabr 2026
103
22:27 / 02 Noyabr 2026
137
22:25 / 02 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.