Ərdoğan onlarla görüşdü
10 Noyabr 2026, 19:58
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
300
07.10.2026, 12:01
Rusiya-Ukrayna müharibəsində daha bir azərbayacanlı ölüb.
Oxu24.com-un APA-ya istinadən xəbərinə görə, müharibəyə həkim kimi qatılan Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev dron hücumu zamanı öldürülüb.
58 yaşlı lənkəranlı həkim Rusiya-Ukrayna müharibəsi başlayandan bir il sonra, Ukrayna tərəfindən ixtisası üzrə fəaliyyət göstərmək üçün hərbi xidmətə çağırılıb. Xidmət etdiyi müddət ərzində iki dəfə yaralanıb. Aldığı yaralara görə müalicə edilib və yenidən döyüşlərə qatılıb. Bir neçə gün əvvəl Kupyansk istiqamətində gedən döyüşlər zamanı Rusiya PUA-sının vurduğu zərbə nəticəsində xidməti vəzifəsini yerinə yetirərkən həlak olub.
Qeyd edək ki, Vahab Quliyev 1986-cı ildə Ukraynada Tibb İnstitutuna daxil olub. Moskvada namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi adını alıb.
Vahab Quliyev məşhur "Nənələr" folklor klubunun üzvü Xanımbacı Quliyevanın oğludur.
O, 30 ilədən çox Ukraynada yaşayıb. Onun nəşinin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.
19:59 / 10 Noyabr 2026
3
19:58 / 10 Noyabr 2026
2
19:52 / 10 Noyabr 2026
34
19:52 / 10 Noyabr 2026
40
19:43 / 10 Noyabr 2026
48
19:40 / 10 Noyabr 2026
65
19:26 / 10 Noyabr 2026
81
19:20 / 10 Noyabr 2026
324
19:06 / 10 Noyabr 2026
97
18:58 / 10 Noyabr 2026
446
18:56 / 10 Noyabr 2026
95
18:39 / 10 Noyabr 2026
145
18:26 / 10 Noyabr 2026
226
18:25 / 10 Noyabr 2026
138
18:19 / 10 Noyabr 2026
144
18:17 / 10 Noyabr 2026
119
18:04 / 10 Noyabr 2026
142
18:02 / 10 Noyabr 2026
1291
17:54 / 10 Noyabr 2026
137
17:42 / 10 Noyabr 2026
146
17:35 / 10 Noyabr 2026
120
17:16 / 10 Noyabr 2026
434
17:10 / 10 Noyabr 2026
175
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.