İran əhalisinə çağırış edildi
13 Noyabr 2026, 23:17
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
272
29.09.2026, 20:27
İsrailin baş naziri Benyamin Netanyahu 27 sentyabrda BƏƏ-yə gözlənilməz səfəri zamanı BƏƏ də daxil olmaqla doqquz ölkənin rəsmiləri ilə görüş keçirib.
Oxu24.com xəbər verir ki,Netanyahu hökumətinə yaxın olan və İsraildə yayımlanan Channel 14 televiziyasının adı açıqlanmayan BƏƏ rəsmisinə istinadən verdiyi məlumata görə, Netanyahu BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla görüşündən sonra bir neçə ölkənin nümayəndələri ilə görüş keçirib.
Məlumatda qeyd olunur ki, görüşdə İsrail və BƏƏ, eləcə də Səudiyyə Ərəbistanı, ABŞ, Mərakeş, Küveyt, Bəhreyn, Liviya, Oman və Misirdən nümayəndələr iştirak edib.
Xəbərdə bildirilir ki, ilk görüş Netanyahu və bin Zayed arasında hər iki ölkənin rəsmiləri ilə birlikdə baş tutub, ardınca isə 10 ölkənin rəsmilərinin iştirak etdiyi görüş keçirilib. İddia olunur ki, bu görüşdə "İran təhdidi", "İsrail və Körfəz ölkələri arasında əməkdaşlığın gücləndirilməsi", "iqtisadi məsələlər" və "İsrail müdafiə sistemləri" müzakirə olunub.
İsrailin 12-ci Kanal televiziyası 27 sentyabrda Netanyahunun BƏƏ-yə "gizli" səfər etdiyini bildirib.
Dünən İsrail Baş Nazirinin Ofisi və BƏƏ səfəri təsdiqləyib.
İsrail mediası iddia edir ki, səfər zamanı Netanyahu Bin Zayeddən 7 oktyabrdan əvvəl Qəzzadan potensial hücum barədə xəbərdarlıq etdiyi iddialarını təkzib etməsini istəyib.
Jalə
23:28 / 13 Noyabr 2026
19
23:22 / 13 Noyabr 2026
42
23:17 / 13 Noyabr 2026
55
23:09 / 13 Noyabr 2026
62
23:05 / 13 Noyabr 2026
59
23:02 / 13 Noyabr 2026
65
22:53 / 13 Noyabr 2026
75
22:49 / 13 Noyabr 2026
72
22:41 / 13 Noyabr 2026
72
22:36 / 13 Noyabr 2026
84
22:18 / 13 Noyabr 2026
80
22:13 / 13 Noyabr 2026
83
22:03 / 13 Noyabr 2026
431
21:43 / 13 Noyabr 2026
821
21:36 / 13 Noyabr 2026
95
21:29 / 13 Noyabr 2026
122
21:24 / 13 Noyabr 2026
97
21:03 / 13 Noyabr 2026
106
20:58 / 13 Noyabr 2026
118
20:50 / 13 Noyabr 2026
1139
20:41 / 13 Noyabr 2026
143
20:37 / 13 Noyabr 2026
116
20:35 / 13 Noyabr 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.