Ukrayna ilə bağlı narahatedici hesabat
13 Noyabr 2026, 23:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
279
29.09.2026, 20:09
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın Genişləndirilmiş Vilayət Başçıları Toplantısında partiya təşkilatına və müxalifətə sərt xəbərdarlıqlar edib.
Oxu24.com “TRT Haber”ə istinadən xəbər verir ki, Ankarada AK Partiya Konqres Mərkəzində çıxış edən Ərdoğan partiyanın 11 milyon 710 min üzvü ilə dünyanın ən böyük siyasi hərəkatlarından biri olduğunu vurğulayıb.
Prezident çıxışında daxili təmizlənmə və prinsiplərdən geri addım atılmayacağı mesajını verib:
“Unutmayın, biz yenilənərək addımlayırıq, hər an yenidən doğuluruq. Səhv edənlə sağollaşıb yolumuza daha da güclənərək davam edəcəyik. “Mən olmasam, olmaz” deyən varsa, böyük qəflət və səhv içindədir. Yorulan, yorulub bəhanə gətirən varsa, buyursun kənara çəkilsin, dincəlsin. Dövlətin malına əl uzadanla bizim işimiz ola bilməz”.
Ərdoğan həmçinin müxalifətin tənqidlərinə də kəskin cavab verib:
“Bunlar paxlava qutularında rüşvət alanlara, korrupsionerlərə, şantajçılara sahib çıxdılar. İndi öz qapqara keçmişlərinə baxmadan bizə əxlaq dərsi keçməyə qalxırlar”.
Prezident həmçinin fondlarla bağlı yaranmış məsələnin araşdırılması üçün Vitse-prezident Cevdet Yılmazın rəhbərliyi ilə tam səlahiyyətli qurum yaradıldığını və Dövlət Yoxlama Qurumuna (DDK) tapşırıq verildiyini açıqlayıb.
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.