Vahid Ələkbərov yəhudi milyarderlə qarşı-qarşıya
05 Noyabr 2026, 11:07
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
651
18.09.2026, 04:18
Qlobal istiləşmənin təsiri ilə Yer atmosferindəki su buxarının miqdarı rekord həddə çatıb. Mütəxəssislər bunun güclü yağışlar, tropik siklonlar və yüksək temperaturla bağlı riskləri artıra biləcəyini bildirirlər.
“Qafqazinfo” xəbər verir ki, Avropa İqlim Dəyişikliyi Xidmətinin məlumatına görə, avqust ayında atmosferdəki su buxarının miqdarı hər kvadratmetrə 27,35 kiloqrama çatıb.
Bu göstərici 2024-cü ilin iyulunda qeydə alınan əvvəlki rekordu geridə qoyub. Alimlər rekord artımın əsas səbəbləri arasında havanın temperaturunun yüksəlməsini və Sakit okeanda “El Nino” hadisəsinin təsirini göstərirlər. Daha isti hava daha çox su buxarı saxlaya bilir.
Atmosferdə su buxarının artması güclü yağışların və tropik siklonların yaranması üçün daha əlverişli şərait yaradır. Su buxarının kondensasiyası zamanı istilik ayrılır və bu proses fırtınalara əlavə enerji verə bilər.
Yüksək rütubət istilik dalğaları zamanı gecələr havanın kifayət qədər soyumasına da mane olur. Bu isə insanların isti havanın təsirindən gecələr belə tam qoruna bilməməsinə səbəb ola bilər.
Mütəxəssislər temperaturla atmosferdəki su buxarının bir-biri ilə sıx əlaqəli olduğunu bildirirlər. Qalıq yanacaqların yandırılması nəticəsində atmosferdə istixana qazlarının artması və “El Nino” kimi təbii iqlim hadisələri bu prosesi daha da gücləndirə bilər.
İqlim üzrə mütəxəssislərin məlumatına görə, qlobal temperaturun hər 1 dərəcə Selsi yüksəlməsi atmosferin təxminən 7 faiz daha çox su buxarı saxlamasına şərait yaradır.
Texas A&M Universitetinin iqlim alimi Endryu Dessler bildirib ki, son minilliklərdə, hətta son yüz minilliklərdə avqust ayından daha çox atmosfer su buxarının olduğu bir ayın qeydə alınması ehtimalı olduqca aşağıdır.
Rekord göstəricinin əsas səbəblərindən birinin atmosferdə karbon qazı və metan kimi istixana qazlarının artması olduğu vurğulanır.
12:41 / 05 Noyabr 2026
1
12:40 / 05 Noyabr 2026
7
12:39 / 05 Noyabr 2026
12
12:36 / 05 Noyabr 2026
17
12:27 / 05 Noyabr 2026
204
12:26 / 05 Noyabr 2026
46
12:16 / 05 Noyabr 2026
158
12:14 / 05 Noyabr 2026
57
12:11 / 05 Noyabr 2026
55
12:00 / 05 Noyabr 2026
61
11:48 / 05 Noyabr 2026
86
11:46 / 05 Noyabr 2026
84
11:42 / 05 Noyabr 2026
113
11:34 / 05 Noyabr 2026
369
11:32 / 05 Noyabr 2026
194
11:29 / 05 Noyabr 2026
246
11:21 / 05 Noyabr 2026
267
11:16 / 05 Noyabr 2026
174
11:07 / 05 Noyabr 2026
96
10:59 / 05 Noyabr 2026
113
10:54 / 05 Noyabr 2026
182
10:45 / 05 Noyabr 2026
240
10:43 / 05 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.