Güclü zəlzələ oldu
04 Oktyabr 2026, 19:09
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
298
11.09.2026, 11:59
“Ukrayna Azərbaycanın unikal minatəmizləmə təcrübəsindən öyrənir”: Hərbi ekspertdən ətraflı AÇIQLAMA
Azərbaycan işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi irimiqyaslı minatəmizləmə əməliyyatları ilə qlobal miqyasda mühüm təcrübə qazanmışdır. Xüsusilə şəhər mühiti və mürəkkəb relyef şəraitində tətbiq olunan innovativ üsullar bir sıra xarici dövlətlərin, o cümlədən Ukraynanın diqqətini cəlb edir. Ölkəmizin bu sahədə əldə etdiyi praktiki nailiyyətlər müharibədən sonrakı bərpa və yenidənqurma işlərində mühüm model rolunu oynayır. Müasir texnologiyaların, o cümlədən yerli istehsal olan dronların tətbiqi prosesin sürətlənməsinə şərait yaradır.
Mövzu ilə bağlı tanınmış hərbi ekspert Ədalət Verdiyev Oxu24.com-a ətraflı açıqlama verib.
Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Azərbaycan minatəmizləmə sahəsində çox böyük təcrübəyə malikdir:
“ANAMA bir neçə ölkədə, o cümlədən Ukraynada humanitar minatəmizləmə sahəsində əməkdaşlıq edir. Azərbaycan kimi Ukraynanın da ərazilərinin böyük bir hissəsi mina və partlamamış hərbi sursatla çirkləndirilib. Bu ərazilərin təmizlənməsi və bərpası istiqamətində isə Azərbaycanın milli minatəmizləmə modeli bir çox ölkələr, o cümlədən də Ukrayna üçün büyük əhəmiyyət daşıyır”.
Onun sözlərinə görə, daha əvvəl də Azərbaycan öz təcrübəsini ukraynalı həmkarları ilə bölüşüblər. Azərbaycanın yerli istehsalı olan revival tipli dron minatəmizləmə dronları Ukraynaya ixrac edilib. Onların fəaliyyəti ilə bağlı ukraynalı mütəxəssis minatəmizləyənlərə təlimlər keçirilib.
Ekspert qeyd edib ki, Azərbaycan humanitar minatəmizləmə, xüsusilə də şəhər şəraitində minaların təmizlənməsi məsələsində unikal bir təcrübəyə malikdir:
“Bu təcrübə bir çox ölkələr, beynəlxalq təşkilatlar, hətta BMT Təhlükəsizlik Şurası səviyyəsində dəfələrlə etiraf olunub. Ukrayna rəsmiləri də dəfələrlə Azərbaycan ilə minatəmizləmə sahəsindəki əməkdaşlıqdan məmnun olduqlarını dəfələrlə bəyan ediblər və azərbaycanlı heyətlərin mütəxəssislərin əldə etdiyi təcrübənin Ukrayna üçün son dərəcə faydalı olduğunu bildiriblər”.
Ədalət Verdiyev vurğulayıb ki, Azərbaycan minatəmizləmə sahəsində tək Ukrayna üçün deyil, bütün dünya üçün faydalı ola biləcək beynəlxalq tədbirlərə ev sahibliyi edir:
“Dördüncü dəfə Bakıda keçirilən minatəmizləmə konfransında ukraynalı heyət də iştirak edirdi. Biz də həmin konfransda Azərbaycan tərəfinin minatəmizləmə sahəsində dünya standartlarına uyğun olan idarəetmə modellərini təqdim edirdik. Və bütün bunlar Ukraynanın münaqişədən sonrakı dövrdən ərazilərinin minalardan və partlamamış sursatlardan daha qısa müddətdə təmizlənməsi üçün kifayət qədər böyük bir əhəmiyyət daşıyır”.
“Biz müsbət təcrübəmizi o cümlədən minatəmizləmə sahəsində əldə etdiyimiz uğurları digər dost və qardaş ölkələrlə bölüşməyə daim hazırıq”,- deyə ekpert əlavə edib.
Çimnaz Telmanqızı
19:09 / 04 Oktyabr 2026
1
18:44 / 04 Oktyabr 2026
16
18:34 / 04 Oktyabr 2026
34
17:50 / 04 Oktyabr 2026
65
17:45 / 04 Oktyabr 2026
65
17:35 / 04 Oktyabr 2026
73
17:30 / 04 Oktyabr 2026
394
17:23 / 04 Oktyabr 2026
198
17:20 / 04 Oktyabr 2026
49
16:58 / 04 Oktyabr 2026
1896
16:56 / 04 Oktyabr 2026
178
16:55 / 04 Oktyabr 2026
145
16:53 / 04 Oktyabr 2026
161
16:51 / 04 Oktyabr 2026
80
16:49 / 04 Oktyabr 2026
71
14:30 / 04 Oktyabr 2026
98
14:04 / 04 Oktyabr 2026
132
14:00 / 04 Oktyabr 2026
98
13:55 / 04 Oktyabr 2026
71
13:44 / 04 Oktyabr 2026
296
13:40 / 04 Oktyabr 2026
78
13:30 / 04 Oktyabr 2026
71
13:15 / 04 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.