Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ Kiyevə vermək üçün Polşadan Patriot sistemini götürməyəcək

ABŞ Kiyevə vermək üçün Polşadan Patriot sistemini götürməyəcək

DÜNYA

266

13.06.2024, 17:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ “Patriot” hava hücumundan müdafiə sistemini Polşadan Kiyevə köçürmək niyyətində deyil.

 

Oxu24.com  xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin deyib.

 

Onun sözlərinə görə, Vaşinqton “Patriot”u Ukrayna tərəfinə ötürmək üçün Polşanın hava hücumundan müdafiə sistemindən çıxarmağı planlaşdırmır.

 

İyunun 13-də Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, Almaniya hazırda Ukraynanı əlavə Patriot sistemləri ilə təmin etmək imkanlarına malik deyil.

 

Elə həmin gün İtaliya Ukraynaya ikinci SAMP/T zenit-raket batareyasının təhvil verildiyini elan etdi.

 

İyunun 8-də Ukrayna prezidenti Vladimir Zelenski Qərb tərəfdaşları ilə Ukraynaya yeni hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı razılıq əldə olunduğunu açıqlayıb. Onun sözlərinə görə, bəzi tədarüklər “daha ​​tez işləyəcək”, digərləri isə payıza yaxın çatdırılacaq.

 

Bundan əvvəl alman jurnalist Ukrayna hava hücumundan müdafiə sisteminin zəifliyini izah edib.

 

Nigar