Qaynar xətt:

(+99450) 247 90 86

Aİ ukraynalılar üçün müvəqqəti müdafiəni genişləndirəcək

Aİ ukraynalılar üçün müvəqqəti müdafiəni genişləndirəcək

DÜNYA

256

11.06.2024, 17:13

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Avropa Komissiyasının fikrincə, Ukraynadan olan qaçqınlar ən azı 2026-cı ilin martına qədər Avropa İttifaqında maneəsiz qala bilməlidirlər.

 

Oxu24.com xəbər  verir  ki, bu barədə DW Aİ-dəki nümayəndəyə istinadən məlumat yayıb.


Rusiyanın hücumlarına görə hazırda Ukraynaya təhlükəsiz qayıtmaq üçün heç bir şərait yoxdur. Avropa Komissiyasının fikrincə, Ukrayna vətəndaşları üçün müvəqqəti müdafiənin daha bir il uzadılması mövcud vəziyyətə adekvat cavabdır.

 

Eurostatın məlumatına görə, hazırda Ukraynadan olan 4 milyondan çox qaçqın Aİ-yə üzv olan 27 ölkədə yaşayır.

 

Bunlardan təxminən 1,3 milyonu Almaniyadadır. Sonuncu dəfə ukraynalı qaçqınların müvəqqəti müdafiəsi 2025-ci il martın 4-dək uzadılıb.

 

Nigar