Qaynar xətt:

(+99450) 247 90 86

İmtahan noyabrın 19-da saat 10:00-dan başlayacaq

İmtahan noyabrın 19-da saat 10:00-dan başlayacaq

CƏMİYYƏT

25

08.11.2026, 00:18

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin test imtahanında müvəffəqiyyət qazanmış namizədlər üçün yazılı imtahan mərhələsinin tarixi məlum olub.

Bu barədə Oxu24.com-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, imtahan noyabrın 19-da saat 10:00-dan başlayaraq 4 saat müddətində Azərbaycan Texniki Universitetinin "İdman Sarayı"nda keçiriləcək.

Qeyd edilib ki, namizədlər buraxılış rejiminin vaxtında həyata keçirilməsi üçün imtahana azı 1 saat qalmış imtahan keçiriləcək binanın qarşısında olmalı və "Yazılı imtahana buraxılış vərəqəsi" ilə şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər.