Polad Həşimovun anası ilə bağlı SON XƏBƏR
07 Noyabr 2026, 23:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
135
07.11.2026, 21:33
Səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərdə korporativ idarəetmə qaydaları və standartlarının tətbiqini Maliyyə Nazirliyi həyata keçirəcək. Bir çox ölkələrdə gömrük və vergi xidmətləri Maliyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
Azərbaycanda da sovet dövründə vergi xidməti bu nazirliyin tərkibində olub, sonradan müstəqil quruma çevrilib.
Gələcəkdə Azərbaycanda da gömrük və vergi xidmətlərinin Maliyyə Nazirliyinin tabeliyinə verilməsi gözlənilirmi? ABŞ başda olmaqla bir sıra inkişaf etmiş ölkələrdə tətbiq olunan bu idarəetmə modeli nə dərəcədə effektivdir və onun Azərbaycanda tətbiqi məqsədəuyğun olarmı?
Oxu24.com xəbər verir ki,Demokrat.az-a bu barədə danışan iqtisadçı Natiq Cəfərli söyləyib ki, Azərbaycanda bu tipli struktur dəyişiklikləri çox olub.
Onun sözlərinə görə, ilk növbədə, ölkədə səhm bazarını normal fəaliyyət göstərə biləcək vəziyyətə gətirmək lazımdır:
"Dövlətin və vətəndaşların əlində olan səhmlərin qiymətləndirilməsi, dividendlərin ödənilməsi, səhmlərin alqı-satqısının intensivliyi və birjanın fəaliyyəti – bütün bunların canlandırılmasına ehtiyac var. Ona görə də ilkin olaraq bu addımların atılması daha məntiqli olardı. Əgər dövlətin əlində olan səhmlər üzrə dividendlərin hesablanması və onlara nəzarət Maliyyə Nazirliyinə verilirsə, bununla bağlı, çox güman ki, ayrıca əsasnamə də hazırlanacaq".
Natiq Cəfərli əlavə edib ki, eyni zamanda, bu günə qədər dövlətin əlində olan şirkət səhmlərinin nə dərəcədə rentabelli olduğu, nə qədər dividend gətirdiyi təhlil edilməlidir:
"Əgər dividend gətirmirsə, bunun səbəbləri, qazanc imkanlarının və fürsətlərinin niyə məhdud olduğu araşdırılmalıdır. Bütün bunlar ciddi şəkildə təhlil olunmalıdır".
23:30 / 07 Noyabr 2026
1
23:30 / 07 Noyabr 2026
6
23:08 / 07 Noyabr 2026
62
23:02 / 07 Noyabr 2026
296
22:57 / 07 Noyabr 2026
98
22:49 / 07 Noyabr 2026
81
22:46 / 07 Noyabr 2026
76
22:17 / 07 Noyabr 2026
96
22:07 / 07 Noyabr 2026
1713
21:49 / 07 Noyabr 2026
311
21:47 / 07 Noyabr 2026
120
21:44 / 07 Noyabr 2026
92
21:37 / 07 Noyabr 2026
349
21:36 / 07 Noyabr 2026
123
21:20 / 07 Noyabr 2026
109
21:18 / 07 Noyabr 2026
111
21:09 / 07 Noyabr 2026
125
21:03 / 07 Noyabr 2026
410
20:57 / 07 Noyabr 2026
126
20:54 / 07 Noyabr 2026
884
20:45 / 07 Noyabr 2026
287
20:38 / 07 Noyabr 2026
144
20:20 / 07 Noyabr 2026
3731
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.