Fərid Qayıbov Şuşada vətəndaşları qəbul edib
06 Noyabr 2026, 21:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
239
06.11.2026, 19:37
Cəzaçəkmə müəssisələrində fəaliyyət göstərən məktəblərə müəllimlər müsabiqə yolu ilə qəbul olunur. İşə qəbul zamanı namizədin ixtisas bilikləri ilə yanaşı, məhkumlarla işləməyə psixoloji hazırlığı da nəzərə alınır.
Oxu24.com xəbər verir ki,təhsil eksperti İlqar Orucov Modern.az-a açıqlamasında bildirib ki, bu məktəblərdəki vakant yerlər də Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqəsinə çıxarılır. Namizədlər keçid balını toplamalı və müsahibədən uğurla keçməlidirlər.
Ekspertin sözlərinə görə, yetkinlik yaşına çatmayan məhkumların təhsil aldığı müəssisələrdə, eləcə də böyüklər üçün cəzaçəkmə müəssisələrində fəaliyyət göstərən axşam məktəblərində dərslər xüsusi rejimə uyğun təşkil olunur. Bu məktəblərdə çalışan müəllimlər təhsil müəssisələrinin ştatlı pedaqoji işçiləridir.
Orucov qeyd edib ki, işə qəbulda müsahibə mərhələsi xüsusi əhəmiyyət daşıyır. Müsahibə komissiyası namizədin emosional dayanıqlığını, məhkumlarla ünsiyyət qurmaq bacarığını və xüsusi rejimli iş mühitinə uyğunlaşmaq imkanını qiymətləndirir. Ekspertin fikrincə, imtahanda yüksək bal toplamaq namizədin müsahibədən uğurla keçəcəyinə zəmanət vermir.
Ekspert əlavə edib ki, bu məktəblərdə çalışan müəllimlərə də sertifikatlaşdırma qaydaları tətbiq olunur. Onun sözlərinə görə, sertifikatlaşdırmada 51–60 bal toplayan müəllimlərin vəzifə maaşına 35 faiz əlavə edilir.
"Bal aralığına gəldikdə isə, qanunla MİQ imtahanında 100 ballıq sistem üzrə minimal keçid balı 40 bal müəyyən edilmişdir. Lakin real praktikada cəzaçəkmə müəssisələrinə işə qəbul olanların bal göstəriciləri əsasən 50-75 bal aralığında dəyişir. Bunun fundamental səbəbi subyektiv faktorlardır. Çünki, çox yüksək bal - məsələn, 85-95 bal toplayan namizədlər vakansiya seçimi zamanı adətən mərkəzi və reytinqli şəhər məktəblərinə üstünlük verirlər. Orta-yüksək bal toplayan namizədlər isə rəqabətdən yayınmaq və ya stabil iş yeri qazanmaq üçün cəzaçəkmə müəssisələrinin nəzdindəki məktəbləri seçirlər. Bundan əlavə, MİQ imtahanından sonra keçirilən rəsmi müsahibə mərhələsi bu müəssisələr üçün həlledici rol oynayır. Çünki psixoloq və mütəxəssislərdən ibarət komissiya, namizədin məhkumlarla işləməyə psixoloji cəhətdən hazır olub-olmadığını yoxlayır. Belə ki, yüksək bal toplasa belə, emosional dayanıqlığı zəif olan və ya bu spesifik mühitə adaptasiya ola bilməyəcək namizədlərə müsahibədə imtina verilir və bu sahəyə daha uyğun olan namizədlər isə mərhələni keçirlər" - o bildirib.
21:18 / 06 Noyabr 2026
1
21:13 / 06 Noyabr 2026
16
21:02 / 06 Noyabr 2026
45
21:01 / 06 Noyabr 2026
43
20:52 / 06 Noyabr 2026
72
20:45 / 06 Noyabr 2026
76
20:44 / 06 Noyabr 2026
70
20:19 / 06 Noyabr 2026
146
20:12 / 06 Noyabr 2026
189
19:48 / 06 Noyabr 2026
97
19:37 / 06 Noyabr 2026
112
19:07 / 06 Noyabr 2026
376
18:43 / 06 Noyabr 2026
142
18:33 / 06 Noyabr 2026
149
18:27 / 06 Noyabr 2026
1102
18:24 / 06 Noyabr 2026
126
18:13 / 06 Noyabr 2026
150
17:55 / 06 Noyabr 2026
143
17:46 / 06 Noyabr 2026
139
17:42 / 06 Noyabr 2026
562
17:29 / 06 Noyabr 2026
144
17:24 / 06 Noyabr 2026
1184
17:13 / 06 Noyabr 2026
138
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.