Qaynar xətt:

(+99450) 247 90 86

Maaş kartları ilə bağlı YENİLİK GƏLİR

Maaş kartları ilə bağlı YENİLİK GƏLİR

CƏMİYYƏT

103

30.10.2026, 15:52

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda muzdla çalışan şəxslər əməkhaqqını istədikləri bank kartı vasitəsilə ala biləcəklər. Bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov ekspertlərlə görüşündə deyib. O həmçinin bildirib ki, bu əməliyyat üçün heç bir rüsum tələb olunmayacaq. 

Bəs bu qərar muzadla çalışan insanlar üçün hansı üstünlüklər verəcək?

Oxu24.com xəbər verir  ki,mövzu ilə bağlı Plat.az-a açıqlamasında hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, əslində işçilərin öz bankını müəyyən etməməsi qanuna ziddir:

"Yəni kimisə bu gün zorla hansısa bir banka müştəri etmək, ona "əmək haqqını buradan alacaqsan" demək qanuna ziddir. Çünki hər kəs öz bankını özü seçməlidir və işə götürən deyə bilməz ki, "yox, mütləq sənə bu bankdan əmək haqqı veriləcək".

Ekspert əlavə edib ki, gələn ilin aprel ayında elektron tətbiqlər vasitəsilə vətəndaş özü sərbəst şəkildə müəyyənləşdirəcək ki, o hansı bank ilə işləmək istəyir:

"Bu, birincisi, vətəndaşın özü üçün yaxşıdır. Yəni hansı bank ona xoşdur, ona yaxındır, xidmət səviyyəsi, keyfiyyəti onu qane edirsə, oradan da əmək haqqını ala biləcək. Və bankın təklif etdiyi xidmətlər, tarifləri və sair hansı işçi üçün uyğundursa, o bankla daha yaxından əməkdaşlıq edə biləcək. Eyni zamanda, biz bilirik ki, bəzi banklar əmək haqqı kartından kredit borcunu tutmağa başlayır. Yəni krediti verir, sonra vətəndaş krediti vaxtında qaytarmayanda əmək haqqından tutmağa başlayır. Məhkəməsiz və ya digər hüquqi proseslər olmadan.

Bundan sonra, belə hal yaşanarsa, vətəndaş sadəcə əmək haqqı aldığı bankı dəyişəcək. Bank isə haqlı olaraq məhkəməyə müraciət edəcək. Bu, məsələnin bir tərəfi, amma bütövlükdə ölkə iqtisadiyyatı üçün, bank sistemi üçün bunun üstün cəhətləri odur ki, rəqabət artacaq. Bu günləri işçilər əmək haqlarını bir neçə bank vasitəsilə alırlar. Bunlar ən böyük banklardır. Bu hal onsuz da ciddi maliyyə dövrü olan bankları daha da inkişaf etdirir, orta və xırda banklar isə unudulur. Beləcə, yeni qərar imkan verəcək ki, sağlam rəqabət olsun, o cümlədən də kredit faizlərinin də düşməsinə səbəb ola bilər.

Gələcəkdə bu pensiyalara da aid ola bilər. Yəni əslində pensiyalar üçün də düzgün deyil ki, pensiyalar cəmi iki bank vasitəsilə verilsin, bu da qanunaziddir".