Qaynar xətt:

(+99450) 247 90 86

“Korkut Ata” Türk Dünyası Film Festivalı keçiriləcək 

“Korkut Ata” Türk Dünyası Film Festivalı keçiriləcək 

CƏMİYYƏT

85

30.10.2026, 09:57

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Noyabrın 3-7-də İstanbulda 6-cı “Korkut Ata” Türk Dünyası Film Festivalı keçiriləcək. Azərbaycan festivalda kino xadimlərindən və Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin nümayəndələrindən ibarət geniş heyət ilə təmsil olunacaq.

Oxu24.com xəbər verir ki, festivalın müsabiqə proqramında nəzərdə tutulmuş hər üç kateqoriya üzrə Azərbaycan filmləri də iştirak edir. Tammetrajlı bədii film kateqoriyasında “Tağıyev: Məktəb”, sənədli film kateqoriyasında “Azıx mağarası”, qısametrajlı bədii film kateqoriyasında “Torpağı sanı yaşayasan” filmləri nümayiş etdiriləcək.

Bunlardan əlavə, festival çərçivəsində Azərbaycan klassik kinosunun nümunəsi kimi “Bir cənub şəhərində”, müasir sənədli film nümunəsi olaraq “Bakı Türkoloji Qurultayı 100” filmləri göstəriləcək.

Azərbaycan nümayəndə heyətinin səfəri çərçivəsində nəzərdə tutulan görüşlərdə Türk dünyası ölkələri ilə kino sahəsində əməkdaşlığın inkişafı istiqamətində müzakirələrin aparılması, yeni işgüzar əlaqələrin yaradılması planlaşdırılır.

Qeyd edək ki, 2021-ci ildə Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsis olunmuş festivalın məqsədi türk ölkə və xalqlarının ortaq mədəni irsini kino vasitəsilə dünyaya nümayiş etdirməkdir. Ötən beş il ərzində festival türk ölkələrinin müxtəlif şəhərlərində, o cümlədən, Bakıda keçirilib.

Festivalın rəsmi afişasında istifadə olunan durna quşu və Orxon kitabəsinin təsviri türk dünyasının birliyini və köklü mədəniyyətə malik olduğunu ifadə edir.