Vilayət Eyvazovdan YENİ TƏYİNAT
29 Oktyabr 2026, 14:11
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
86
29.10.2026, 12:59
“Bu ilin doqquz ayında Azərbaycanda kartdan-karta (“card-to-card”) köçürmələrin həcmi 48 milyard manat təşkil edib. Ötən il isə bu əməliyyatların ümumi həcmi 66 milyard manat olub”.
Oxu24.com APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov pul siyasəti qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, əməliyyatların böyük həcmi və bu köçürmələrdən qanunsuz məqsədlərlə istifadə riskləri nəzərə alınaraq banklar “card-to-card” əməliyyatlarına limitlər tətbiq ediblər.
AMB sədri qeyd edib ki, aylıq 20 min manatlıq və gündəlik beş mədaxil üzrə limitlərlə bağlı əlavə ehtiyacı olan müştərilər banka müraciət edərək əməliyyatlarının mahiyyətini izah edə bilərlər. Əsaslandırılmış müraciət əsasında limitlər artırıla bilər. Eyni yanaşma bir kart məhsulu üzrə əlavə kartın əldə edilməsinə də aiddir.
Taleh Kazımov bildirib ki, bu tələblərin məqsədi qanuni əməliyyatlara mane olmaq deyil, vergidən yayınma və digər qanunsuz fəaliyyət risklərinin qarşısını almaqdır. Onun sözlərinə görə, bəzi şəxslərin yaşlı insanların və pensiyaçıların adına ödəniş müqabilində kartlar açdıraraq onlardan qanunsuz fəaliyyətlərdə istifadə etməsi halları müşahidə olunur. Bir şəxsin eyni kart məhsulu üzrə bir neçə kart əldə edərək əməliyyat dövriyyəsini onların arasında bölüşdürməsi hallarına da rast gəlinir.
AMB sədri limitlərin tətbiqindən sonra əməliyyatların bank sistemindən nağd dövriyyəyə keçməsi barədə narahatlıqlara da münasibət bildirib. O, müşahidələrin belə bir keçidi təsdiqləmədiyini, sentyabrda nağdlaşmanın həcminin avqustla müqayisədə azaldığını qeyd edib.
14:11 / 29 Oktyabr 2026
3
13:55 / 29 Oktyabr 2026
28
13:45 / 29 Oktyabr 2026
34
13:26 / 29 Oktyabr 2026
56
13:16 / 29 Oktyabr 2026
83
13:14 / 29 Oktyabr 2026
86
13:08 / 29 Oktyabr 2026
244
13:05 / 29 Oktyabr 2026
78
13:02 / 29 Oktyabr 2026
514
12:56 / 29 Oktyabr 2026
69
12:50 / 29 Oktyabr 2026
66
12:45 / 29 Oktyabr 2026
121
12:37 / 29 Oktyabr 2026
115
12:35 / 29 Oktyabr 2026
102
12:30 / 29 Oktyabr 2026
155
12:29 / 29 Oktyabr 2026
73
12:17 / 29 Oktyabr 2026
79
12:14 / 29 Oktyabr 2026
76
12:02 / 29 Oktyabr 2026
534
12:01 / 29 Oktyabr 2026
80
11:56 / 29 Oktyabr 2026
78
11:43 / 29 Oktyabr 2026
82
11:37 / 29 Oktyabr 2026
131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.