Vilayət Eyvazovdan YENİ TƏYİNAT
29 Oktyabr 2026, 14:11
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
71
29.10.2026, 12:56
Qafqaz Media İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Azərbaycan İnnovasiya Mərkəzində Qafqaz Media Forumu keçirilib.
Oxu24.com-un məlumatına görə, Azərbaycanda ilk dəfə təşkil olunan forum "Milli mətbuatdan rəqəmsal mediaya: keçid və yeni dövrün çağırışları" mövzusuna həsr olunub.
Tədbirdə millət vəkilləri, dövlət qurumlarının və agentliklərin nümayəndələri, media rəhbərləri, jurnalistlər, ictimai-siyasi xadimlər, kommunikasiya mütəxəssisləri və beynəlxalq ictimaiyyətin nümayəndələri iştirak ediblər. Forum çərçivəsində milli mətbuatın inkişaf perspektivləri, rəqəmsal transformasiya, süni intellektin media sahəsində tətbiqi və Azərbaycanın beynəlxalq informasiya məkanında təmsilçiliyi ətrafında geniş fikir mübadiləsi aparılıb.
Forum dörd panel üzrə təşkil olunub: "Azərbaycan Milli Mətbuatının İnkişaf Strategiyası və Yeni Dövrün Prioritetləri", "Beynəlxalq Media Əlaqələri və Mediada Azərbaycan İmici", "Rəqəmsal Transformasiya: Media, Sosial Şəbəkələr və Yeni Kommunikasiya Modelləri", eləcə də "Süni İntellekt, İnnovasiyalar və Medianın Gələcəyi".
Panellərdə media siyasəti, jurnalistikanın peşəkar prinsipləri, beynəlxalq media əməkdaşlığı, Azərbaycanın xarici auditoriyalarda təqdimatı, sosial şəbəkələrin kommunikasiya mühitinə təsiri, süni intellektin xəbər istehsalında istifadəsi və media savadlılığı kimi aktual məsələlər müzakirə olunub. Qarşılıqlı fikir mübadiləsi və interaktiv müzakirələrlə yadda qalan forum media sektorunun mövcud çağırışları və gələcək inkişaf istiqamətləri üzrə dialoq platforması rolunu oynayıb.
Qafqaz Media İctimai Birliyinin icraçı direktoru Elşən Əliyev forumun əhəmiyyətini şərh edərək bildirib ki, müasir media mühitində baş verən dəyişikliklər yeni yanaşmaların, peşəkar əməkdaşlığın və davamlı müzakirə platformalarının yaradılmasını zəruri edir. Onun sözlərinə görə, Qafqaz Media Forumu media nümayəndələrini, dövlət qurumlarını və müxtəlif sahələrin mütəxəssislərini ortaq müzakirə müstəvisində birləşdirmək, aktual problemlərin həllinə dair fikir mübadiləsini təşviq etmək və media sahəsində yeni əməkdaşlıq imkanları yaratmaq məqsədi daşıyır.
Qafqaz Media İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Ozan isə forumun gələcək perspektivlərindən danışaraq qeyd edib ki, layihənin əsas məqsədi yalnız Azərbaycanda media sahəsində aktual məsələləri müzakirə etmək deyil, həm də gələcəkdə Qafqaz ölkələrini əhatə edən regional əməkdaşlıq platforması formalaşdırmaqdır.
Onun sözlərinə görə, növbəti illərdə forumun əhatə dairəsinin genişləndirilməsi, müxtəlif Qafqaz ölkələrindən media nümayəndələrinin və beynəlxalq tərəfdaşların iştiraka cəlb edilməsi, tədbirin regionun müxtəlif ölkələrində keçirilməsi və layihənin məzmun baxımından ildən-ilə zənginləşdirilməsi nəzərdə tutulur. Qafqaz Media Forumu gələcəkdə media sahəsində təcrübə mübadiləsinin, peşəkar dialoqun və regional əməkdaşlığın inkişafına xidmət edən davamlı platformaya çevrilməyi hədəfləyir.
14:11 / 29 Oktyabr 2026
3
13:55 / 29 Oktyabr 2026
28
13:45 / 29 Oktyabr 2026
34
13:26 / 29 Oktyabr 2026
56
13:16 / 29 Oktyabr 2026
83
13:14 / 29 Oktyabr 2026
86
13:08 / 29 Oktyabr 2026
244
13:05 / 29 Oktyabr 2026
78
13:02 / 29 Oktyabr 2026
514
12:59 / 29 Oktyabr 2026
85
12:50 / 29 Oktyabr 2026
66
12:45 / 29 Oktyabr 2026
121
12:37 / 29 Oktyabr 2026
115
12:35 / 29 Oktyabr 2026
102
12:30 / 29 Oktyabr 2026
155
12:29 / 29 Oktyabr 2026
73
12:17 / 29 Oktyabr 2026
79
12:14 / 29 Oktyabr 2026
76
12:02 / 29 Oktyabr 2026
534
12:01 / 29 Oktyabr 2026
80
11:56 / 29 Oktyabr 2026
78
11:43 / 29 Oktyabr 2026
82
11:37 / 29 Oktyabr 2026
131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.