Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq 

Azərbaycanda \"Mastercard\" və \"Visa\" tarifləri ilin sonuna qədər azaldılacaq 

CƏMİYYƏT

74

29.10.2026, 12:29

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir.

Oxu24.com  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.

"Həm "Mastercard", həm də "Visa" təşkilatları ilə danışırıq ki, ölkə üzrə tarifləri aşağı salsınlar. Düşünürəm ki, bu ilin sonuna qədər müəyyən irəliləyişə nail olunacaq. Çünki son illərdə bu təşkilatlar, xüsusilə "Mastercard" və "Visa" qiymətləri kəskin artırıblar. Bu da bankların məhsul və xidmətlərinin xərclərinə ciddi təsir göstərib. Xərclərin artmasının əsas səbəbi məhz bu iki təşkilatın tarifləri yüksəltməsidir. Banklar da buna görə öz qiymətlərini artırmağa məcbur olublar. Hazırda həmin təşkilatlarla danışıqlar aparırıq ki, tarifləri aşağı salsınlar", - o qeyd edib.