Qaynar xətt:

(+99450) 247 90 86

Şagirdin anası da faciəli şəkildə ölübmüş

Şagirdin anası da faciəli şəkildə ölübmüş

CƏMİYYƏT

73

29.10.2026, 09:27

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə həyatını itirən şagirdlə bağlı yeni detallar məlum olub.

Oxu24.com-un Oxu.Az-a istinadən məlumatına görə, 7-ci sinif şagirdi olan G.Dadaşovanın anası - 1969-cu il təvəllüdlü Səadət Dadaşova 2023-cü ilin avqust ayında qatar vurması nəticəsində həyatını itirib.

Belə ki, 2023-cü il avqustun 16-sı saat 10 radələrində Salyan-Salmanlı dəmiryol xəttinin Salyan şəhəri ərazisindən keçən 45-ci kilometrində hərəkətdə olan qatar Salyan rayonunun Arbatan kənd sakini, 1969-cu il təvəllüdlü Səadət Azadxan qızı Dadaşovanı vurub.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.