Qaynar xətt:

(+99450) 247 90 86

ICESCO Prezident İlham Əliyevə Azərbaycanda tərəfdaşlığın inkişafına verdiyi dəstəyə görə təşəkkür edib 

ICESCO Prezident İlham Əliyevə Azərbaycanda tərəfdaşlığın inkişafına verdiyi dəstəyə görə təşəkkür edib 

CƏMİYYƏT

73

27.10.2026, 13:42

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ICESCO Prezident İlham Əliyevə Azərbaycanda əməkdaşlığa və tərəfdaşlığın inkişafına verdiyi dəstəyə görə təşəkkür edib.

Oxu24.com xəbər verir ki, bunu Bakıda Beynəlxalq təşkilatların 3-cü yüksək səviyyəli görüşü və Bakı Prosesi çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyasında İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Salem bin Məhəmməd Əl-Malik deyib.

O, həmçinin, görüşü təşkil etdiyinə, nazirləri və beynəlxalq təşkilatları bir araya gətirdiyinə, ümumi narahatlıqları aşaraq praktiki qərarlar qəbul etmək imkanı yaratdığına görə Azərbaycanın Mədəniyyət Nazirliyinə də təşəkkür edib: “Əsas uğur həmin qərarların insanların həyatında yaradacağı dəyişikliklə ölçüləcək. Çoxtərəfli əməkdaşlığa inam azalıb, bu inamı bərpa etmək üçün götürdüyümüz öhdəliklərlə onların icrası arasındakı fərqi aradan qaldırmalıyıq. Bu, prinsiplərin ardıcıl tətbiqini və vədlərin yerinə yetirilməsində ardıcıllığı tələb edir. Ölkələrdəki qurumlarımız və icmalarımız etibarlı dəstəyə və əməkdaşlıq imkanlarına ehtiyac duyurlar. Bu baxımdan, daha güclü koordinasiya olduqca vacibdir.

Sülh quruculuğuna yönələn xərclər qlobal xalis sərvətin təxminən yarım faizi səviyyəsində ola bilər. Bu rəqəmlər müəyyən fərziyyələrə əsaslansa da, onların mesajı aydındır: münaqişələrin qarşısının alınmasına sərmayə qoymaq iqtisadi və ictimai baxımdan əhəmiyyətli nəticələr verə bilər”.