Direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib
16 Noyabr 2026, 18:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
261
27.10.2026, 10:40
27 oktyabr 2026-cı il tarixindən “Həzi Aslanov—İçərişəhər” sahəsində birbaşa hərəkət bərpa olunub.
“Bakı Metropoliteni” QSC-dən Oxu24.com-a verilən məlumata görə, dalan yolları istismara verilməzdən əvvəl texniki tələblərə uyğun olaraq təsərrüfat qatarı ilə əndazə ölçüləri yoxlanılıb, yüksək gərginlik altında sınaq yürüşləri keçirilib. Yoxlamalar zamanı qatarların hərəkət təhlükəsizliyi, elektrik təchizatının etibarlılığı, eləcə də mühəndis-texniki və kommunikasiya sistemlərinin mərkəzləşdirilmiş idarəetmə davamlılığı təsdiqini tapıb və bütün standartlara cavab verən obyekt istismara qəbul olunub.
Bununla da “Həzi Aslanov–Əhmədli” mənzilində məkik hərəkət ləğv edilərək “Həzi Aslanov–İçərişəhər” istiqamətində qatarların hərəkəti əvvəlki qaydada bərpa olundu. Qırmızı xətdə qatarlararası interval pik saatlarda 2 dəqiqə, digər vaxtlarda isə 2 dəqiqə 30 saniyədir.
Xatırladaq ki, 1981–1987-ci illərdə inşa edilmiş yol dalanının izolyasiya qatı 20 ildən artıq istismar müddətində qrunt suları və eroziya səbəbindən sıradan çıxdığı üçün ərazidə kompleks yenidənqurma aparılıb.
2025–2030-cu illər üzrə Dövlət Proqramı çərçivəsində Bakı Metropoliteni tərəfindən icra olunan bu layihə metropoliten infrastrukturunun müasirləşdirilməsinə və sərnişindaşıma təhlükəsizliyinin artırılmasına xidmət edir.
18:58 / 16 Noyabr 2026
1
18:52 / 16 Noyabr 2026
38
18:45 / 16 Noyabr 2026
46
18:41 / 16 Noyabr 2026
52
18:35 / 16 Noyabr 2026
99
18:23 / 16 Noyabr 2026
70
18:17 / 16 Noyabr 2026
94
18:16 / 16 Noyabr 2026
56
18:05 / 16 Noyabr 2026
76
18:04 / 16 Noyabr 2026
77
17:55 / 16 Noyabr 2026
80
17:50 / 16 Noyabr 2026
313
17:47 / 16 Noyabr 2026
78
17:30 / 16 Noyabr 2026
92
17:26 / 16 Noyabr 2026
104
17:25 / 16 Noyabr 2026
88
17:25 / 16 Noyabr 2026
110
17:19 / 16 Noyabr 2026
102
17:12 / 16 Noyabr 2026
95
17:10 / 16 Noyabr 2026
96
17:01 / 16 Noyabr 2026
104
16:55 / 16 Noyabr 2026
108
16:52 / 16 Noyabr 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.