Azərbaycan Ordusunda ehtiyatdan çağırılan hərbi vəzifəlilərin təlim toplanışları başa çatıb
26 Oktyabr 2026, 13:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
86
26.10.2026, 12:20
“Ekoloji problemlərlə mübarizə çərçivəsində benzin və dizel mühərrikli avtomobillərin sayının azaldılması, onların tədricən elektrik avtomobilləri ilə əvəzlənməsi bütün dünyada, xüsusilə inkişaf etmiş ölkələrdə həyata keçirilir”.
Oxu24.com xəbər verir ki, bu sözləri Globalinfo.az-a nəqliyyat eksperti Yasin Mustafayev Azərbaycanda benzin və dizellə işləyən maşınlar yığışdırılacağı haqda danışarkən deyib.
Ekspert bildirib ki, “bu addımlar hazırda üzləşdiyimiz ekoloji problemlərlə bağlıdır:
“Digər tərəfdən, ənənəvi mühərriklərlə işləyən avtomobillər tədricən öz yerini yeni texnologiyalara verir. Elektrik avtomobilləri həm iqtisadi baxımdan daha səmərəli, həm ekoloji cəhətdən daha təmiz, həm də qiymət baxımından nisbətən əlçatan olur”.
Y.Mustafayevin fikrincə, elektrik avtomobilləri gələcəkdə ənənəvi avtomobilləri böyük ölçüdə əvəz edə bilər:
“Bunun üçün əsas məsələlərdən biri avtomobillərin bir dəfə enerji yükləməklə qət edə biləcəyi məsafənin artırılması, eləcə də sürətli enerji doldurma məntəqələrinin sayının çoxaldılmasıdır. Azərbaycanda müəyyən dövrdə elektrik avtomobillərinin idxalına gömrük rüsumu və ƏDV üzrə güzəştlər tətbiq olunub, hazırda isə həmin güzəştlər yenidən nəzərdən keçirilir. Bununla belə, cəmiyyətdə elektrik avtomobillərinin daha sərfəli nəqliyyat vasitəsi olması ilə bağlı fikir formalaşıb. Düşünürəm ki, qarşıdakı beş-on il ərzində daxiliyanma mühərrikli avtomobillərin sayı əhəmiyyətli dərəcədə azalacaq, onların yerini isə əsasən elektrik və hibrid avtomobillər tutacaq”.
Nəqliyyat eksperti Eldəniz Cəfərov isə deyib ki, 2060-cı ilə qədər avtomobil parkının tamamilə elektrik və alternativ enerji ilə işləyən nəqliyyat vasitələrinə keçirilməsi uzunmüddətli hədəf kimi mümkündür:
“Lakin bunun üçün elektromobillər əlçatan qiymətə olmalı, enerji doldurma məntəqələrinin sayı artırılmalı və vətəndaşlara güzəştlər tətbiq edilməlidir. Əhalinin böyük hissəsinin avtomobilini qısa müddətdə dəyişmək imkanı yoxdur. Buna görə də bu keçid mərhələli şəkildə həyata keçirilməlidir”.
Ekspert əlavə edib ki, köhnə avtomobillərə qoyulan məhdudiyyətlər nəticəsində yaşı 10 ildən çox olan avtomobillərin idxalı faktiki olaraq qadağan edilib:
“Eyni zamanda, köhnə avtomobillərin dövriyyədən çıxarılması üçün utilizasiya proqramı da həyata keçirilir. Köhnə avtomobillərin ölkə daxilində istismarına məhdudiyyət qoyulmasının əsas məqsədi vətəndaşları avtomobillərindən məhrum etmək deyil, onların daha ekoloji nəqliyyat vasitələrinə keçidi üçün real şərait yaratmaqdır”.
Qeyd edək ki, “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” sənədində 2035-ci ilədək DYM donanmasının istismardan çıxarılmasının planlaşdırılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması, təşviq proqramları vasitəsilə elektromobillərin tətbiqinin dəstəklənməsi nəzərdə tutulub.
13:39 / 26 Oktyabr 2026
1
13:35 / 26 Oktyabr 2026
16
13:20 / 26 Oktyabr 2026
46
13:12 / 26 Oktyabr 2026
286
13:06 / 26 Oktyabr 2026
103
13:00 / 26 Oktyabr 2026
80
12:54 / 26 Oktyabr 2026
502
12:51 / 26 Oktyabr 2026
60
12:45 / 26 Oktyabr 2026
64
12:30 / 26 Oktyabr 2026
74
12:17 / 26 Oktyabr 2026
65
12:15 / 26 Oktyabr 2026
86
12:05 / 26 Oktyabr 2026
72
12:01 / 26 Oktyabr 2026
143
12:00 / 26 Oktyabr 2026
66
11:59 / 26 Oktyabr 2026
77
11:47 / 26 Oktyabr 2026
70
11:35 / 26 Oktyabr 2026
131
11:33 / 26 Oktyabr 2026
75
11:31 / 26 Oktyabr 2026
71
11:22 / 26 Oktyabr 2026
80
11:12 / 26 Oktyabr 2026
647
11:09 / 26 Oktyabr 2026
373
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.