Ötən həftə 997 hektar ərazi minalardan təmizlənib
26 Oktyabr 2026, 12:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
90
26.10.2026, 11:03
Bizim bədənimiz və onu məhrəmləşdirən geyimimiz, əslində, kimə məxsusdur, biz kim(lər)ə görə geyinir və kim(lər)ə görə soyunuruq? Bizim əynimizin və onun altında gizlədiklərimizin əsl sahibi kim(lər)dir?
Siyasətin və dinin (oxu; maddi və mənəvi kratiyanın) insanı öz maraqlarına uyğun geyindirməsi və soyundurması tarixi gerçəklikdir. Bəri başdan deyim ki, bizdən fərqli olaraq, siyasət və din insanla sevişəndə onu geyindirir, nifrət edəndə soyundurur.
Məni peyğəmbərin, daha sonra sufilərin geyiminə çevriləcək xirqəsi, Hammurapinin “çadrası”, yunanlardan və misirlilərdən gələn ingilis və fransız aristokratiyasının pariki, Atatürkün “şapkası”, Stalinin bizim aşıqlara geyindirdiyi “hərbi forma” və s. Mişel Fukonun təbirincə desək, "bioiqtidarların" öz qövmlərinə “paltarbiçdi” faktlarıdır.
Dinin və siyasətin dərziliyinin, yaxud modelyerliyinin məqsədi eynidir; özünə oxşayanı özünə oxşamayandan ayırmaq, dostları və düşmənləri sorğu-sualsız bir-birindən seçmək. Dində və siyasətdə “Sənə” oxşamamaq düşmənçilik üçün kifayətdir. Düşmənsiz din və siyasət hakimiyyət əldə edə bilməz.
Ümumiyyətlə, düşmənin yoxdursa, din ola bilməzsən, siyasətçisənsə, öz düşmənini yaratmalısan.
Bəs bəşəriyyətin lüt dövrlərində bu ayrıseçkilik necə aparılırdı? Yenə qədim dünya tarixinə qayıdırıq; lüt dünyada icma üzvlərinin bədənlərində cərrahi izlər qoyulur, döymələr işlənir, yaxud xüsusi aksessuarlar taxılırdı. Məsələn, qədim Moraviyada qaraçıları yerli kütlədən fərqləndirmək üçün sol qulaqlarını, Bohemiyada isə sağ qulaqlarını kəsirdilər.
Bədən üzvündəki xəsarətə görə fərqləndirmənin ən yayğın forması sünnətdir. Bu qədim adəti yəhudilər Misirdən gətirmişdilər. Türk professor Muazzez İlmiye Çığa görə, Şumerlərdən fərqli olaraq, Misirdə dişi deyil, erkək cinsi orqanı bərəkət simvolu sayılırdı və onun ucunu kəsib tanrılara hədiyyə edirdilər. Çox güman yəhudilər bu Misir adətini yeni topraqlarda başqalarından seçilmək üçün istifadə edirdilər. Qəbilə gözəlləri yad qəbilələrin kişilərini son anda tanıyıb, onlarla cinsi əlaqəyə girərək qan qarışıqlığına səbəb olmasınlar deyə öz oğlan uşaqlarını sünnət edirdilər. Sünnət olmayan bizdən deyil. Bizdən deyilsə, düşməndir. Sünnətə haqq qazandıran digər səbəblər uydurma və məqsədlidir.
Daha sonralar bu seçdirmələrə geyim də əlavə olundu. Bütün mənəvi-əxlaqi dəyərlər kimi geyim də başlanğıcda fiziki ehtiyac olsa da, sonradan nəinki əxlaqi, hətta dini, siyasi status qazandı. Bədənimizi gizləsə də, bizim milli, dini, sinfi, şəxsi tariximizi, genefondumuzu, instinktlərimizi nümayiş etdirdi.
Geyim bir növ, şüurdur, bədən onu yönləndirən alt şüurdur. Cəmiyyətdə daha çox müzakirə olunan da geyimin bu özəlliyidir; bədən haqqında göstərgə olması.
629-cu ildə keşişlər xristian qadınlarının parik qoymasını qadağan etdi. Niyə? Çünki bazarda satılan ən bahalı saçlar sarı german saçları idi və kilsə Romanı dağıdan german tayfalarından xoşlanmırdı, ona görə də parikləri “şeytanın əməllərinin gizləndikləri yer” adlandırdı. Xristianların ruhu allaha, vücudu kilsəyə məxsus idi, özlərinin deyildi.
Kilsənin haqqı vardı ki, ona tapınanın həm ruhuna, həm bədəninə nəzarət etsin.
Şüurda alt şüurda olmayan bir şey var – oyun.
Geyim həm də oyundur.
Müasir dünya zahiri qatda geyimin daha çox oyun funksiyasından yararlanır. Məsələn, varlıların ailə psixologiyasına görə zahiri zənginlik aclardan özünümüdafiə funksiyası daşıyır; bahalı avtomobil, bahalı geyim şəhərin mərkəzində meymunluq edən istənilən “gül balanı” kütlənin yumruqlarından qoruyur. Çünki onun bahalı pencəyi insanların dilini onun özündən daha yaxşı bilir; bu pencək ətrafdakı qəzəbli kütləyə deyir: “Mənim sahibim toxunulmazdır, onun arxası, adamı var”.
Biz geyimə baxıb sevir, qorxur, dost olur, əhəmiyyət vermirik.
1558-ci ildə taxta çıxan I Yelizaveta yenidən İngiltərədə parik qoyulmasına icazə verdi. Səbəb, deyilənə görə, kraliçanın keçəl olmasıydı. Və kraliçanın parikinin Avropaya təsiri o qədər güclü oldu ki, hətta fransız zadəganları xidmətçilərin saçını kəsdirib pişiklərinə belə parik qoydurmağa başladılar. Parik (geyim) uzun illər bütöv bir qitəyə nəzarət etdi.
İnsan anlamalıdır ki, o fransız pişiyi deyil. Ruhu da, bədəni də özünə məxsusdur. Ən gözəl insan da ruhu da, bədəni də və bu ruhu, bu bədəni ifadə edən geyimi də özünə məxsus olan insandır.
Aqşin Yenisey
12:00 / 26 Oktyabr 2026
1
11:59 / 26 Oktyabr 2026
1
11:47 / 26 Oktyabr 2026
36
11:35 / 26 Oktyabr 2026
72
11:33 / 26 Oktyabr 2026
46
11:31 / 26 Oktyabr 2026
49
11:22 / 26 Oktyabr 2026
56
11:12 / 26 Oktyabr 2026
388
11:09 / 26 Oktyabr 2026
171
11:06 / 26 Oktyabr 2026
82
10:53 / 26 Oktyabr 2026
67
10:50 / 26 Oktyabr 2026
72
10:45 / 26 Oktyabr 2026
100
10:12 / 26 Oktyabr 2026
554
10:10 / 26 Oktyabr 2026
77
09:30 / 26 Oktyabr 2026
86
09:10 / 26 Oktyabr 2026
76
09:08 / 26 Oktyabr 2026
76
00:16 / 26 Oktyabr 2026
300
23:59 / 25 Oktyabr 2026
112
23:18 / 25 Oktyabr 2026
144
22:59 / 25 Oktyabr 2026
113
22:45 / 25 Oktyabr 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.