Evinizdəki "Wi-Fi" sizi izləyə bilər – Divarların arxasını görən texnologiyanın sirri
23 Oktyabr 2026, 18:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
97
23.10.2026, 13:21
“Aqrar sahə haqqında” yeni qanun layihəsi ölkəmizdə məşğul əhalinin 35,4 faizinin, yəni 1 milyon 782 min nəfərinin çalışdığı kənd təsərrüfatının ÜDM-də cəmi 5,9 faizlik payının artırılmasına və Qələbəmizdən sonra münbit torpaqların dövriyyəyə qaytarılmasına xidmət edən hüquqi sənəddir.
Oxu24.com xəbər verir ki,bunu Milli Məclisin deputatı Zahid Oruc bildirib.
Layinənin adını beynəlxalq müqayisədə qiymətləndirildikdə, Almaniyada “Landwirtschaftsgesetz”, Böyük Britaniyada “Agriculture Act” şəklində qəbul olunub. Qazaxıstan kənd təsərrüfatının inkişafını yerli ərazilərin sosial-iqtisadi inkişafı ilə eyni qanunda birləşdirib. Onda nə üçün respublikamızda aqrar təsərrüfata kəndin özündən ayrı baxırıq?
Prezident İlham Əliyev 25 may 2026-cı ildə kənd təsərrüfatına həsr edilən müşavirədə istehsal dinamikasının zəifliyi, aqrar sahədə durğunluq və şəhərlərdən kəndlərə qayıdışı yeni dövlət siyasəti kimi müəyyənləşdirdi.
Məlumdur ki, ölkəmiz buğdaya tələbatının 55 faizini, bitki yağlarında 52, kərə yağında isə cəmi 62 faizini özü təmin edir. Azərbaycanın ümumi torpaq fondu 8,64 milyon hektardır. Bunun 4,8 milyon hektara yaxını kənd təsərrüfatına yararlıdır, əkin sahələri isə 1,8 milyon hektar səviyyəsindədir. Davamlı dövlət dəstəyinə, əlverişli coğrafiyaya, zəngin aqrar ənənələrə baxmayaraq, torpağımızın real istehsal gücündən tam istifadə edə bilmirik.
Suallara cavab ötən əsrin 70-ci illərindədir. Milli lider Heydər Əliyev Azərbaycana rəhbərliyə başlayanda kənd təsərrüfatında aşağı məhsuldarlıq, böyük təşkilati və infrastruktur problemləri mövcud idi. Qısa vaxtda elmi seleksiya, suvarma sistemlərinin genişləndirilməsi, texnikanın yenilənməsi, yerli emal sənayesi, ixtisaslaşma və kəndlərdə məşğulluq vahid dövlət siyasətinə çevrildi. On minlərlə Əmək qəhrəmanı, keçici Qırmızı bayraqlar və ağ qızıl ifadəsi məhz o dövrdə yarandı. 1969–1982-ci illərdə kənd təsərrüfatı istehsalının ümumi həcmi 2,7 dəfə artmışdı.
Ulu öndər 1993-cü ildə ölkəmizi xilas edəndən və prezident seçiləndən cəmi 4 ay sonra 4 mart tarixində ağır şəraitdə respublika müşavirəsində keçirmişdi, keçmiş sovet məkanında ilk dəfə məhz Azərbaycanda torpaq islahatlarını həyata keçirmişdi.
İndi kənd təsərrüfatının əsas problemi kiçik sahələrdə mexanikləşdirmə xərclərinin artması, irriqasiya sistemlərinin qurulmasının çətinliyi və fermerlərin suvarma suyuna əlçatanlığı, texnika və aqronom xidmətlərindən səmərəli istifadə imkanlarının zəifliyidir. Fermerlər məhsullarını təkbaşına bazara çıxarmaqda çətinlik çəkir, böyük ticarət şəbəkələri qaydaları diqtə edir.
Təklif edirik ki, subsidiya və dövlət dəstəyi mexanizmlərinin nəticəliliyi hektardan alınan məhsul, təsərrüfatın gəliri, yaradılan iş yeri, su sərfi və idxal asılılığının azalması kimi göstəricilərlə birgə qiymətləndirilsin.
Mövcud qanunvericiliyə əsasən kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisi istisna olmaqla bir sıra əsas vergilərdən azaddırlar. Lakin sərhəd, dağlıq və iqtisadi cəhətdən zəif inkişaf edən kəndlərdə yerli xammaldan istifadə edən yeni kiçik emal müəssisələri üçün konkret məşğulluq və investisiya öhdəlikləri ilə bağlı sıfır vergi rejiminin tətbiqi faydalı olar.
Qanun kəndə dönüşü təmin etməlidir. Ölkəmizdə 4 244 kənd var. Lakin bölgələrdə əhali azaldıqca məktəblərdə şagird və müəllim sayı da aşağı düşür, tibb məntəqəsinin saxlanılması zərurəti də azalır, poçt və bank xidməti “qeyri-rentabelli” sayılır. Dövlət xidmətlərinin yoxluğu inzibati vahid kimi kəndin tamamilə silinməsinə, nəticədə daxili miqrasiyaya, paytaxtda əmək və mənzil bazarına artan tələbata səbəb olur.
Üstəlik, Azərbaycanın iqlim xəritəsi eyni deyil. Bakı və Abşeronda orta illik temperaturla yüksək dağ və sərhəd rayonlarında qış mövsümü eyni uzunluqda və sərtlikdə davam etmir. Qusar, Quba, Gədəbəy, Daşkəsən, Lerik, Yardımlı, Şahbuz, Kəlbəcərdə yeddi-səkkiz aya qədər istiliyə ehtiyacı olan ailə ilə mülayim iqlimdə yaşayan ev təsərrüfatlarının enerji tələbatını eyni limitlə ölçmək sosial bərabərsizlik yaradır. Hazırkı qaz tariflərində illik istehlakın ilk 1200 kubmetri üçün 12,5 qəpik, 1200–2500 kubmetr hissəsi üçün 22 qəpik, 2500 kubmetrdən yuxarı hissəsi üçün 30 qəpik tarif tətbiq olunur. Elektrik enerjisi tarifi də ölkə üzrə eynidir, halbuki iqlim şəraiti fərqlidir. Ona görə də aqrar bölgələrdə kommunal tarifləri azaltmağı təklif edirik.
Aqrar sahədə hər dəfə idarəetmə strukturu dəyişəndə, yeni qurum yaradılanda və ya subsidiya qaydaları yenilənəndə hüquqi mexanizmlər də dəyişir. Dövlət siyasətinin davamlılığı nazirin və ya qurum rəhbərinin fəaliyyət müddətindən asılı olmamalıdır.
Yekunda “Aqrar sahə haqqında” qanun layihəsinə bir neçə ildən sonra qiymət verəndə yalnız neçə subsidiya qərarının qəbul olunduğu, hansı elektron xidmətin yaradıldığı və müxtəlif tədbirin keçirildiyi ilə yanaşı, kəndçinin nə qədər qazandığını, torpaqdan nə qədər məhsul götürdüyünü, kənddə neçə yeni müəssisənin açıldığını, neçə ailənin doğma yurdunda qalmağa qərar verdiyi ilə müəyyənləşdirməliyik.
Əgər 2020-ci ildə biz torpaqlarımızı azad etdiksə, indi həmin torpaqları becərməklə Qələbəmizi ərzaq suverenliyinə çevirməliyik.
18:44 / 23 Oktyabr 2026
1
18:33 / 23 Oktyabr 2026
29
18:24 / 23 Oktyabr 2026
48
18:16 / 23 Oktyabr 2026
50
17:52 / 23 Oktyabr 2026
67
17:47 / 23 Oktyabr 2026
237
17:21 / 23 Oktyabr 2026
1942
17:15 / 23 Oktyabr 2026
78
17:10 / 23 Oktyabr 2026
74
16:56 / 23 Oktyabr 2026
129
16:41 / 23 Oktyabr 2026
75
16:38 / 23 Oktyabr 2026
97
16:28 / 23 Oktyabr 2026
310
16:25 / 23 Oktyabr 2026
88
16:24 / 23 Oktyabr 2026
87
16:13 / 23 Oktyabr 2026
124
16:10 / 23 Oktyabr 2026
78
16:03 / 23 Oktyabr 2026
122
15:47 / 23 Oktyabr 2026
2124
15:46 / 23 Oktyabr 2026
81
15:14 / 23 Oktyabr 2026
83
15:05 / 23 Oktyabr 2026
89
14:50 / 23 Oktyabr 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.