Nazir QƏRAR İMZALADI: Sürücülərə cərimələrlə bağlı XƏBƏR
22 Oktyabr 2026, 22:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
76
22.10.2026, 22:26
Ümumtəhsil müəssisələrində vahid məktəbli formasına keçid prosesi davam edir. Başıbağlı məktəbli qızlar daxil olmaqla, şagirdlərin böyük əksəriyyəti vahid formanın dinlə əlaqəli olmadığını, əksinə, sosial bərabərliyi və dünyəvi təhsil prinsipini qorumaq məqsədi daşıdığını dərk edir və vahid geyim formasına keçənlərin sayı artır. Lakin bu prosesə kənardan süni şəkildə əngəl yaratmaq cəhdləri haqda xəbərlər də var
Məktəb din və sosial yarış meydanı deyil
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş ümumi təhsil müəssisələrində geyim formaları ilə bağlı dəyişikliklərə əsasən, şagird formasının vahidliyini pozan və təhsilin dünyəvilik prinsipinə uyğun olmayan əlavə geyim elementlərindən istifadəyə yol verilmir. Deputatlar, sosioloqlar və pedaqoqlar birmənalı olaraq vurğulayırlar ki, bu qərar heç bir dini inancı hədəf almır. Məqsəd məktəblilər arasında geyim üzərindən sosial fərqliliklərin yaranmasının qarşısını almaq, şagirdlərin diqqətini xarici görünüş yarışına deyil, yalnız keyfiyyətli təhsilə yönəltməkdir. Cəmiyyətdə bu anlayış formalaşdıqca, proses tam qanuni müstəvidə öz həllini tapır.
“Türk məktəbləri” narazı valideynləri niyə şirnikləndirir?
Əldə edilən məlumatlara görə, Azərbaycanda fəaliyyət göstərən bəzi türk lisey və məktəbləri dövlət məktəblərindəki vahid forma və dünyəvilik qaydalarından narazı qalan mühafizəkar ailələri hədəf seçib. Onlara övladlarını öz müəssisələrinə keçirmək müqabilində sərbəst geyim qaydaları və hətta bəzi hallarda pulsuz təhsil vədləri verilir.
Burda iki əsas məqsəd güdülə bilər. Əvvəla, mühafizəkar və dindar kəsimin övladlarını öz ətraflarında toplamaqla, gələcəkdə Azərbaycanda öz ideoloji xətlərinə sadiq qala biləcək bir nəsil formalaşdırmaq. Ən əsası isə, pulsuz təhsil vədləri ilə uşaqları cəlb etmək, onları öz sistemlərində yetişdirərək gələcəkdə Azərbaycanın dövlət və biznes strukturlarında təsir rıçaqları əldə etmək. Vaxtilə ölkədə şəbəkələşən və sonradan bağlanan Fətullah Gülən (FETÖ) liseylərinin də əsas taktikası məhz kasıb və ya mühafizəkar ailələrin istedadlı uşaqlarını pulsuz təhsil adı ilə öz şəbəkələrinə daxil etmək idi.
Bu yerdə istər-istəməz məntiqi bir sual yaranır: xarici məktəblər Azərbaycanda hansı statusla fəaliyyət göstərir?
Bu məktəblərin statusu beynəlxalq konvensiyalar və ölkə qanunvericiliyi ilə tənzimlənir. Bu baxımdan digər səfirlik məktəblərinin taleyinə nəzər salmaq vacibdir.
Vaxtilə Bakıda İran İslam Respublikasının səfirliyi nəzdində fəaliyyət göstərən “Hüseyniyyə” məktəbi (və ya səfirlik məktəbi) mövcud idi. Bu məktəbdə əsasən səfirlik əməkdaşlarının övladları oxumalı olduğu halda, qanunsuz olaraq Azərbaycan vətəndaşları da təhsilə cəlb edilir və orada dünyəvilik əleyhinə, dini-ideoloji təbliğat aparılırdı. Azərbaycanın təhlükəsizlik və təhsil orqanlarının apardığı araşdırmalar və Bakı-Tehran xəttindəki siyasi böhranlar fonunda statusu qeyri-müəyyən olan həmin məktəb rəsmən bağlandı.
ABŞ səfirliyi və diplomatik korpusla əlaqəli olan Baku International School (QSI şəbəkəsi) fəaliyyət göstərir. Bu məktəblər əsasən xarici diplomatların və ekspatların övladları üçün nəzərdə tutulub. Lakin bu müəssisələrin Azərbaycanın daxili təhsil sisteminə tam inteqrasiyası və yerli lisenziyalaşdırılması ilə bağlı statusları uzun müddətdir ki, beynəlxalq müqavilələr və xüsusi diplomatik status çərçivəsində, yerli Elm və Təhsil Nazirliyinin birbaşa kurrikulum nəzarətindən kənarda idarə olunur.
Bəs bu gün türk liseyləri hansı statusla fəaliyyət göstərir?
Tarixən Azərbaycanda iki növ “türk liseyi” anlayışı olub – keçmiş Gülən (FETÖ) liseyləri və Türkiyə səfirliyi və Türkiyə Milli Təhsil Nazirliyi (MEB) nəzdində fəaliyyət göstərən rəsmi məktəblər.
“Çağ Öyrətim” şirkətinə məxsus olan keçmiş Gülən liseyləri 2014-cü ildə dövlət tərəfindən bağlanaraq tamamilə milliləşdirilib və dövlət nəzarətinə keçirilib.
Səfirlik və MEB nəzdində fəaliyyət göstərən rəsmi məktəblər isə (məsələn, Bakı Türk Anadolu Liseyi) dövlətlərarası xüsusi status və ikitərəfli sazişlər əsasında fəaliyyət göstərir. Onlar hüquqi olaraq Türkiyənin təhsil proqramını (kurrikulumunu) tətbiq edirlər və daxili nizam-intizam qaydalarında öz ölkələrinin qanunvericiliyinə əsaslanırlar. Məhz bu status fərqliliyi onlara geyim məsələsində manipulyasiya etmək və qapılarını daxili nizam-intizamdan narazı qalan yerli vətəndaşların üzünə açmaq üçün hüquqi boşluq yaradır.
Azərbaycan dünyəvi və unitar dövlətdir. Ölkə daxilində təhsil alan hər bir Azərbaycan vətəndaşı dövlətin qanunlarına və vahid nizam-intizam qaydalarına tabe olmalıdır. Səfirlik və ya dövlətlərarası saziş statusundan istifadə edərək yerli şagirdləri dövlətin dünyəvilik qərarlarına qarşı şirnikləndirmək və onları öz ideoloji tərəfinə çəkmək cəhdləri ölkənin daxili işlərinə və təhsil təhlükəsizliyinə təhdid kimi qiymətləndirilməlidir. Aidiyyəti dövlət qurumları xarici statuslu bu məktəblərin yerli şagirdləri qəbul etmə limitlərini və şərtlərini ciddi şəkildə nəzarətə götürməli və ümumiyyətlə belə məktəblərin fəaliyyəti məsələsinə baxılmalıdır.
23:03 / 22 Oktyabr 2026
1
22:55 / 22 Oktyabr 2026
19
22:47 / 22 Oktyabr 2026
37
22:43 / 22 Oktyabr 2026
33
22:43 / 22 Oktyabr 2026
95
22:36 / 22 Oktyabr 2026
57
22:35 / 22 Oktyabr 2026
44
22:20 / 22 Oktyabr 2026
62
22:14 / 22 Oktyabr 2026
61
22:07 / 22 Oktyabr 2026
66
22:04 / 22 Oktyabr 2026
215
21:57 / 22 Oktyabr 2026
84
21:45 / 22 Oktyabr 2026
83
21:37 / 22 Oktyabr 2026
177
21:15 / 22 Oktyabr 2026
105
20:40 / 22 Oktyabr 2026
99
20:34 / 22 Oktyabr 2026
114
20:25 / 22 Oktyabr 2026
114
20:19 / 22 Oktyabr 2026
83
19:56 / 22 Oktyabr 2026
110
19:47 / 22 Oktyabr 2026
112
19:42 / 22 Oktyabr 2026
94
19:31 / 22 Oktyabr 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.