Sürücülərin diqqətinə! Bu yol açıldı
12 Noyabr 2026, 19:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
298
22.10.2026, 16:42
"Gənclər ixtisası həqiqətən özləri seçirlərmi? Bu sualın cavabı düşündüyümüz qədər sadə deyil".
Oxu24.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə sosial şəbəkə hesabındakı paylaşımda qeyd edib.
O bildirib ki, Dövlət İmtahan Mərkəzinin psixoloqları tərəfindən 2026-cı ilin buraxılış imtahanlarından sonra aparılan araşdırmada diqqətimi çəkən məqamlardan biri də gənclərin ixtisas seçiminə təsir edən amillərlə bağlıdır:
"Sorğuda iştirak edən cari ilin məzunları arasında 3,2% ixtisas seçimində yalnız şəxsi maraqlarını əsas götürüb.
41,8% şəxsi maraqlarını gələcək karyera, gəlir, status və digər amillərlə əlaqələndirib. 31,2% isə seçimində daha çox xarici amillərə — ailə gözləntilərinə, topladığı balın yaratdığı imkanlara və digər şərtlərə əsaslanıb. 23,4 faizi karyera, status və gəlirlə bağlı daha praqmatik qrupa aid olub. Əlbəttə, yalnız 3,2%-in şəxsi marağı əsas götürməsi digər gənclərin öz maraqlarını nəzərə almadığı anlamına gəlmir. Əksinə, nəticələr göstərir ki, ixtisas seçimi əksər hallarda bir neçə amilin təsiri altında formalaşır. Amma araşdırmada daha bir maraqlı məqam var.
İxtisas seçimində daha çox ailəsinin istəklərini və digər xarici şərtləri nəzərə alan gənclər imtahan zamanı daha çox stres və təzyiq hiss etdiklərini, imtahanın isə onlar üçün daha çətin olduğunu bildiriblər. Bu nəticə bizi başqa bir sual üzərində düşünməyə vadar edir: Biz gənclərə gələcək peşələrini seçməkdə kömək edirik, yoxsa bəzən öz gözləntilərimizi onların seçimlərinə çeviririk?"
Məleykə Abbaszadə qeyd edib ki, valideynlərin övladlarının gələcəyini düşünməsi, onların sabit gəlirli, perspektivli peşəyə yiyələnməsini istəməsi tamamilə təbiidir:
"Əmək bazarının tələblərini və gələcək imkanları nəzərə almaq da vacibdir. Ancaq bütün bunların arasında gəncin öz maraqları, qabiliyyətləri və istəkləri arxa plana keçməməlidir. Çünki ixtisas seçimi yalnız universitetə qəbul olmaq üçün verilən qərar deyil. Bu, insanın həyatının əhəmiyyətli bir hissəsini hansı sahəyə həsr etmək istədiyi barədə ilk ciddi seçimlərindən biridir. Məncə, biz gənclərdən “Neçə bal toplamısan?” və “Hansı ixtisasa qəbul olacaqsan?” suallarını soruşduğumuz qədər, “Sən özünü gələcəkdə hansı işdə xoşbəxt hiss edərsən?” sualını da soruşmalıyıq. Bəlkə də peşə seçiminə dəstək məhz bu sualdan başlamalıdır".
19:09 / 12 Noyabr 2026
8
19:03 / 12 Noyabr 2026
32
18:58 / 12 Noyabr 2026
40
18:50 / 12 Noyabr 2026
55
18:42 / 12 Noyabr 2026
433
18:40 / 12 Noyabr 2026
58
18:32 / 12 Noyabr 2026
225
18:28 / 12 Noyabr 2026
63
18:26 / 12 Noyabr 2026
82
18:16 / 12 Noyabr 2026
96
18:15 / 12 Noyabr 2026
84
18:07 / 12 Noyabr 2026
89
17:53 / 12 Noyabr 2026
86
17:19 / 12 Noyabr 2026
98
16:25 / 12 Noyabr 2026
106
16:21 / 12 Noyabr 2026
120
15:55 / 12 Noyabr 2026
126
15:36 / 12 Noyabr 2026
555
15:15 / 12 Noyabr 2026
196
15:12 / 12 Noyabr 2026
118
14:15 / 12 Noyabr 2026
192
14:04 / 12 Noyabr 2026
530
13:59 / 12 Noyabr 2026
414
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.