Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Nazir QƏRAR İMZALADI
22 Oktyabr 2026, 22:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
97
22.10.2026, 14:59
Azərbaycan iqtisadiyyatının uzunmüddətli inkişafı üçün əsas prioritetlərdən biri neft-qaz sektorundan asılılığın azaldılması və qeyri-neft sektorunun şaxələndirilməsidir. Qlobal miqyasda baş verən texnoloji yeniliklər, enerji bazarındakı dəyişikliklər və beynəlxalq ticarət marşrutlarının transformasiyası bu istiqamətdə addımların atılmasını daha da zəruri edir. xüsusilə nəqliyyat-logistika və informasiya texnologiyaları sahələri ölkənin iqtisadi potensialının artırılmasında mühüm rol oynayır.
Yüklərin daşınması, saxlanılması, çeşidlənməsi və paylanması kimi xidmətlərin təkmilləşdirilməsi yeni gəlir mənbələrinin və məşğulluq imkanlarının yaranmasına güclü təkan verir. Nəqliyyat infrastrukturunun inkişafı, tranzit potensialının artırılması və sərhəd-keçid məntəqələrinin işinin sürətləndirilməsi ölkəmizin regionda mühüm logistik mərkəzə çevrilməsini təmin edir. Bu baxımdan nəqliyyat sektorunda rəqəmsallaşmanın tətbiqi, marşrutların optimallaşdırılması və sərhədlərdəki maneələrin aradan qaldırılması strateji əhəmiyyət daşıyır.
Nəqliyyat eksperti Raqif Raufoğlu mövzu ilə bağlı Oxu24.com-a açıqlama verərək nəqliyyat sistemində mövcud vəziyyəti və görülməli olan işləri qiymətləndirib.
Ekspert bildirib ki, rəqəmsallaşmaya güclü yatırım olunmalıdır və süni intellekt dövründə bu daha rahat mümkündür:
”Bakı Metropoliteni bu sahəyə böyük büdcə ayıraraq müəyyən işlər görüb.Rəqəmsallaşma platforması olmadıqda avtobusların və qatarların hərəkətini saniyəsinə qədər dəqiq izləmək mümkün deyil”.
Onun sözlərinə görə, beynəlxalq logistika məsələsində bütün dünyada daha rahat marşrutlara üstünlük verilir.
Geosiyasi mənzərə fonunda Azərbaycanın marşrutları daha çox diqqət çəkməyə başlayıb və şəffaf, sürətli platformalar olmalıdır ki, daşıyıcılar bu ərazidən keçməyə üstünlük versinlər.
Raqif Raufoğlu qeyd edib ki, əgər limana olan tələbat artırsa, ora edilən yatırım da çoxalmalıdır:
”Çünki nəqliyyat dəhlizinə çevrilmək qeyri-neft sektorunda ən yaxşı yatırımdır və yalnız ərazidən keçməklə büdcəyə qatqı təmin olunur. Dəniz və quru yollarında, eləcə də sərhədlərdə olan problemlər və gözləmələr minimuma endirilməlidir.
Əgər yük maşını sərhəddən daha sürətli və rahat keçə bilirsə, təbii ki, həmin marşrut seçilir. Beynəlxalq daşımalarda alternativlər çoxdur və şirkətlər daha az gözləmə müddəti olan, xidməti sürətli və keyfiyyətli olan marşrutlara üstünlük verirlər”.
Ekspert vurğulayıb ki, sərhədlərdə və limanlarda əməliyyat sürəti artırılmalı, qabiliyyətlər genişləndirilməlidir:
”Əvvəllər məsələn, 20 konteyner gəlirdisə, bu rəqəm artıq 70-80-ə çatıbsa, infrastruktur da buna uyğun inkişaf etdirilməlidir.
Bu tədbirlər həyata keçirilərsə, marşrutlar daha cəlbedici olacaq və ölkəmiz bu sahədən əhəmiyyətli dərəcədə iqtisadi gəlir əldə edəcəkdir”.
Çimnaz Telmanqızı
22:47 / 22 Oktyabr 2026
9
22:43 / 22 Oktyabr 2026
1
22:43 / 22 Oktyabr 2026
27
22:36 / 22 Oktyabr 2026
35
22:35 / 22 Oktyabr 2026
23
22:26 / 22 Oktyabr 2026
60
22:20 / 22 Oktyabr 2026
53
22:14 / 22 Oktyabr 2026
54
22:07 / 22 Oktyabr 2026
60
22:04 / 22 Oktyabr 2026
198
21:57 / 22 Oktyabr 2026
76
21:45 / 22 Oktyabr 2026
81
21:37 / 22 Oktyabr 2026
176
21:15 / 22 Oktyabr 2026
101
20:40 / 22 Oktyabr 2026
99
20:34 / 22 Oktyabr 2026
114
20:25 / 22 Oktyabr 2026
114
20:19 / 22 Oktyabr 2026
83
19:56 / 22 Oktyabr 2026
108
19:47 / 22 Oktyabr 2026
112
19:42 / 22 Oktyabr 2026
94
19:31 / 22 Oktyabr 2026
88
19:29 / 22 Oktyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.