Səhiyyədə güzəşt müddəti bitir: Qiymətlər necə dəyişəcək?
21 Oktyabr 2026, 21:56
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
95
21.10.2026, 21:25
44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin çoxsaylı yüksək rütbəli zabitləri öldürülüb.
Oxu24.com bildirir ki,onların arasında Moskvada hərbi akademiya bitirmiş, Ermənistan ordusunun 246-cı motoatıcı alayına rəhbərlik etmiş polkovnik Tatul Qazaryan da var. Onun komandiri olduğu İcevan hərbi hissəsi müharibədə 40 hərbçi itirib.
Tatul Lavrenti Qazaryan 2020-ci il oktyabrın 19-da Qarabağda Azərbaycan Ordusunun zərbələri nəticəsində məhv edilib. Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 20-də onun və rəhbərlik etdiyi alayın digər yüksək rütbəli zabitlərinin məhv edildiyini rəsmən açıqlayıb.
Tatul Lavrenti Qazaryan 1978-ci il mayın 25-də Ermənistanın Tavuş vilayətinin İcevan rayonunun Sevkar kəndində anadan olub.
Orta təhsilini doğulduğu kənddə alan Qazaryan sonradan hərbçi peşəsini seçib. O, əvvəlcə Monte Melkonyan adına hərbi liseydə, daha sonra Vazgen Sarkisyan adına Hərbi İnstitutda təhsil alıb.
Qazaryan hərbi xidmət illərində ölkənin müxtəlif bölgələrində, o cümlədən Mehrab, Basarkeçər və Kolb istiqamətlərində yerləşən hərbi hissələrdə xidmət edib.
Onun hərbi karyerasında mühüm mərhələ Rusiyada keçdiyi təhsil olub. 2010–2012-ci illərdə Moskvada yerləşən Rusiya Silahlı Qüvvələrinin Ümumqoşun Akademiyasında təhsil alıb. Bu akademiya Rusiya ordusu üçün yüksək hazırlıqlı komandir və qərargah zabitləri yetişdirən əsas hərbi təhsil müəssisələrindən biridir.
2018-ci ildə Qazaryan Ermənistanın İcevan şəhərində yerləşən hərbi hissənin komandiri təyin edilib. Həmin dövrdə o, artıq polkovnik rütbəsi daşıyırdı.
Ermənistanın 3-cü ordu korpusunda mühüm vəzifə
Qazaryan Ermənistan silahlı qüvvələrinin 3-cü ordu korpusuna daxil olan 246-cı motoatıcı alayın komandiri idi.
Qərargahı Vanadzorda yerləşən 3-cü ordu korpusu Ermənistanın şimal və şimal-şərq istiqamətlərində fəaliyyət göstərən əsas hərbi birləşmələrindən sayılırdı.
Korpusun tərkibində İcevanda yerləşən 246-cı motoatıcı alayla yanaşı, Noyemberyandakı 543-cü və Çəmbərəkdəki 549-cu motoatıcı alaylar, həmçinin artilleriya, tank və kəşfiyyat bölmələri fəaliyyət göstərirdi.
Qazaryan Ermənistanın Azərbaycanla sərhəd istiqamətində yerləşən mühüm hərbi hissələrindən birinə rəhbərlik edirdi.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayandan sonra onun rəhbərlik etdiyi hərbi hissənin şəxsi heyəti də Azərbaycanın suveren ərazilərində hərbi əməliyyatlara cəlb olunub.
Qarabağda "son döyüş" – Komandir və müavini eyni gündə öldürüldü
Qazaryanın hərbi karyerası 2020-ci il oktyabrın 19-da başa çatıb.
Həmin gün İcevan alayının komandiri polkovnik Tatul Qazaryan və onun müavini, podpolkovnik Armen Ohanyan Qarabağda Azərbaycan Ordusunun zərbələri nəticəsində məhv edilib.
Hadisə Qubadlı rayonunun Bala Soltanlı kəndi yaxınlığında baş verib. Bu kənd keçmiş separatçı rejim tərəfindən "Aygehovit" adlandırılırdı.
Həmin hərbi əməliyyatlar Azərbaycan Ordusunun Cəbrayıl, Qubadlı və Zəngilan istiqamətlərində hücum əməliyyatlarını davam etdirdiyi dövrə təsadüf edib.
Qazaryanla Ohanyan uzun müddət birlikdə xidmət etmişdilər. Onlar həm yaxın dost, həm də bir-birini tamamlayan komandirlər kimi tanınırdılar.
Qazaryan daha sakit, detallara diqqət yetirən, Ohanyan isə daha emosional və çevik xarakterə malik zabit kimi xarakterizə olunurdu.
Hər iki zabit oktyabrın 19-da döyüş meydanında öldürülüb.
Azərbaycan Müdafiə Nazirliyinin xüsusi əməliyyat açıqlaması
Azərbaycan Müdafiə Nazirliyi 20 oktyabr 2020-ci ildə cəbhədəki vəziyyətlə bağlı yaydığı rəsmi məlumatda Ermənistan ordusunun 246-cı alayının komandir heyətinin məhv edildiyini açıqlayıb.
Nazirliyin məlumatına əsasən, Azərbaycan Ordusunun xüsusi əməliyyatları nəticəsində aşağıdakı şəxslər zərərsizləşdirilib:
246-cı alayın komandiri, polkovnik Tatul Qazaryan
Alay komandirinin müavini Armen Ohanyan
Həmin gün yayılan məlumatda Azərbaycan Ordusunun Ağdərə–Ağdam, Füzuli–Hadrut–Cəbrayıl və Qubadlı–Zəngilan istiqamətlərində hərbi əməliyyatları davam etdirdiyi də bildirilirdi.
Döyüşlər nəticəsində Ermənistan ordusuna məxsus 2 ədəd T-72 tankı, 4 ədəd BM-21 Qrad yaylım atəşli reaktiv sistemi, 1 ədəd D-30 haubitsası və 5 avtomobilin məhv edildiyi və ya sıradan çıxarıldığı açıqlanmışdı.
Bundan əlavə, Füzuli istiqamətində əks-hücuma keçən Ermənistan bölmələrindən birinin 30 hərbçisinin Azərbaycan Ordusunun atəş zərbəsi nəticəsində məhv edildiyi qeyd olunurdu.
"Son döyüş"də mühasirə təhlükəsi – Geri çəkilmə əmri verildi
Qazaryanın öldürüldüyü hərbi əməliyyatda Azərbaycan bölmələri Ermənistan hərbçilərinin mövqelərini sol cinahdan keçməyə çalışıb. Yaranmış mühasirə təhlükəsi səbəbindən alay komandiri Qazaryan şəxsi heyətə geri çəkilmək və daha əlverişli mövqelər tutmaq əmri verib.
Bu zaman onun müavini Armen Ohanyan ön xətdə hərbi əməliyyata rəhbərlik etməyə davam edib. Ohanyan geri çəkilən şəxsi heyətin yeni mövqelərə yerləşməsini təmin etməyə çalışarkən Azərbaycan bölmələrinin atəşi ilə vurulub.
Həmin hərbi əməliyyatda Qazaryan da öldürülüb. Beləliklə, Ermənistan ordusunun İcevan alayı bir gündə həm komandirini, həm də onun müavinini itirib.
Bir hərbi hissədən 40 itki
44 günlük müharibədə İcevan hərbi hissəsinin 40 hərbçisi həlak olub. Onların arasında alay komandiri Qazaryan və onun müavini Ohanyan da var idi.
Hərbi hissənin komandir heyətindəki itkilər Ermənistanın 3-cü ordu korpusuna daxil olan 246-cı alay üçün xüsusilə ağır olub.
Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan həmin günlə bağlı maraqlı hadisə danışıb.
Onun sözlərinə görə, oktyabrın 19-da İcevan alayının yerləşdiyi yeri öyrənmək üçün Armen Ohanyana zəng edib. Lakin zabitin telefonu əlçatmaz olub.
Həmin gün axşam Qalstanyan Qazaryanın, Ohanyanın və alayın çoxsaylı hərbçilərinin öldürüldüyü xəbərini alıb.
Sonradan hadisənin vaxtını dəqiqləşdirərkən ona bildirilib ki, zəng etdiyi saatlarda hər iki komandir ağır hərbi əməliyyatlarda iştirak edirmiş.
Polkovnikin doğulduğu kənddən daha üç nəfər öldürüldü
44 günlük Vətən müharibəsində Qazaryanın doğulduğu Sevkar kəndindən olan daha üç hərbçi də öldürülüb.
Bunlar polkovnik-leytenant Artur Hovsepyan, Samvel Sahakyan və Artak Xemçyandır.
Beləliklə, 2020-ci ilin müharibəsində Sevkar kəndindən Tatul Qazaryan da daxil olmaqla, ümumilikdə dörd nəfər ölür.
Onların arasında iki yüksək rütbəli zabit – polkovnik Tatul Qazaryan və polkovnik-leytenant Artur Hovsepyan olub.
Polkovnikin ailəsi – İki övladı var idi
Qazaryanın şəxsi həyatı haqqında da əlavə məlumatlar məlumdur.
Qızı Amalya 2021-ci ilin yanvarında 17, oğlu Narek isə 16 yaşında idi.
Qazaryanın ölümü Ermənistanın hərbi dairələrində geniş işıqlandırılıb.
27 yanvar 2021-ci ildə Ermənistan prezidenti Armen Sarkisyanın fərmanı ilə Tatul Qazaryana ölümündən sonra Ermənistanın Milli Qəhrəmanı adı verilib.
O, həmçinin ölkənin Vətən ordeni və I dərəcəli Döyüş xaçı ordeni ilə "təltif olunub".
Əvvəlki xidmət illərində də dövlət təltifləri almışdı. Məlumatlara əsasən, 1999-cu ildə Döyüş xidmətlərinə görə medalı, 21 yanvar 2015-ci ildə isə Vətən qarşısında xidmətlərə görə II dərəcəli medal alıb.
2021-ci ildə verilən ən yüksək dövlət təltifi onun 44 günlük müharibədəki “fəaliyyətinə” görə təqdim edilib.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi toxunulmazdır
Bir daha xatırladırıq ki, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və bölünməzliyinə qarşı cinayətkar silahlı birləşmələrin tərkibində əlinə silah alan hər bir şəxs Azərbaycan Ordusunun hədəfidir.
Azərbaycan xalqı 30 il ərzində işğal altında qalan, beynəlxalq səviyyədə tanınmış suveren ərazilərinin işğalı ilə heç vaxt barışmadı. Məhz buna görə də 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu işğal altındakı torpaqlarını azad etdi.
Ermənistan tərəfi bir daha düşünməlidir ki, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı silahlı fəaliyyət göstərən, Azərbaycan xalqına qarşı cinayətlər törədən şəxslərin sonu bu polkovnik kimi olacaq.
Nigar
22:18 / 21 Oktyabr 2026
13
22:12 / 21 Oktyabr 2026
16
21:56 / 21 Oktyabr 2026
34
21:45 / 21 Oktyabr 2026
49
21:38 / 21 Oktyabr 2026
143
21:15 / 21 Oktyabr 2026
70
21:12 / 21 Oktyabr 2026
1294
21:06 / 21 Oktyabr 2026
81
21:04 / 21 Oktyabr 2026
77
21:02 / 21 Oktyabr 2026
144
20:59 / 21 Oktyabr 2026
112
20:49 / 21 Oktyabr 2026
91
20:42 / 21 Oktyabr 2026
66
20:39 / 21 Oktyabr 2026
372
20:39 / 21 Oktyabr 2026
67
20:33 / 21 Oktyabr 2026
74
20:28 / 21 Oktyabr 2026
207
20:27 / 21 Oktyabr 2026
500
20:25 / 21 Oktyabr 2026
71
20:22 / 21 Oktyabr 2026
69
20:14 / 21 Oktyabr 2026
80
19:59 / 21 Oktyabr 2026
451
19:45 / 21 Oktyabr 2026
94
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.