Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan səhnəsinin ilk Hamleti -HƏYAT HEKAYƏSİ

Azərbaycan səhnəsinin ilk Hamleti -HƏYAT HEKAYƏSİ

CƏMİYYƏT

65

21.10.2026, 11:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

AZƏRBAYCAN TEATR VƏ KİNO TARİXİNİN ZİRVƏSİ: ABBAS MİRZƏ ŞƏRİFZADƏ

Bu gün sizlərə Azərbaycan səhnəsinin ilk Hamleti, milli kinomuzun ilk rejissorlarından biri, taleyi bütöv bir millətin faciəsinə çevrilən böyük sənətkar Abbas Mirzə Şərifzadənin xronoloji həyat hekayəsini təqdim edirik. Şərəfli və kədərli bir ömrün xronologiyası:

Oxu24.com bildirir ki,Abbas Mirzə Şərifzadə 22 mart 1893-cü ildə Şamaxı şəhərinin Yuxarı Qala məhəlləsində ziyalı müəllim ailəsində doğulub.

1902-ci il Şamaxı zəlzələsindən sonra ailəsi ilə Bakıya köçüb. İlk təhsilini evdə atasından aldıqdan sonra rus-tatar məktəbində oxuyub. 1903-cü ildə Bakıda Üçüncü Aleksandr adına kişi gimnaziyasına qəbul olunub. Lakin uşaqlıqda keçirdiyi ağır xəstəlik səbəbindən gimnaziya təhsilini yarımçıq qoymalı olub.

Həmin dövrün tarixi reallıqlarında onun rəsmi bir ali teatr təhsili yox idi. Lakin o, teatr təhsilini və praktikasını birbaşa səhnədə — "Maarif", "Səfa" və "Nicat" cəmiyyətlərinin teatr truppalarında, eləcə də Üzeyir Hacıbəyov kimi dahilərin dərnəklərində qazanıb. Səhnə onun ən böyük ali məktəbi oldu!

1916-cı ildə ilk dəfə ekran qarşısına keçərək rus istehsalı olan "Knyaz Dəmir Bulat" filmində bədii rola çəkildi. 1919-cu ildə Hənifə Axçurina ilə evlənir və bu nikahdan iki oğlu dünyaya gəlir. Daha sonra ömrünü məşhur aktrisa Mərziyyə Davudova ilə birləşdirir. Bu sənət ittifaqından gələcəyin böyük aktrisası Firəngiz Şərifova doğulur. 1924-cü ildə "Bayquş" filmində "Xan" və "Qoca kəndli" obrazlarını canlandırır. 1925-ci ildə ilk müstəqil işi olan məşhur "Bismillah" filmini çəkməklə milli kinomuzun ilk rejissorlarından biri olur. 1929-cu ildə böyük uğur qazanan "Hacı Qara" filminə quruluş verir. 1935-ci ildə isə son rejissorluq işi olan "Məhəbbət oyunu" bədii filmini ekranlaşdırır.

Uğurlarının zirvəsində olan sənətkar (1936-cı ildə Xalq Artisti adını almışdı) sovet rejiminin hədəfinə çevrilir. 4 dekabr 1937-ci ildə "İran casusu" və "əks-inqilabçı" damğası ile öz evində həbs olunur. 19 oktyabr 1938-ci ildə SSRİ Ali Məhkəməsinin qərarı ilə güllələnmə hökmü çıxarılır. 16 noyabr 1938-ci ildə Bakıda, NKVD zirzəmisində güllələnərək qətlə yetirilir. Ölümündən sonra adı filmlərin titrlərindən vəhşicəsinə silinir.

1955-ci ildə ona bəraət verilsə də, sovet repressiyası Azərbaycan mədəniyyətindən əvəzsiz bir dühanı vaxtsız qopardı. Ruhun şad olsun, böyük Sənətkar!