Zakir Həsənov ƏMR İMZALADI
21 Oktyabr 2026, 10:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
97
21.10.2026, 09:34
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi 2026-2027-ci illərin payız-qış mövsümünə hazırlıq işlərinə başlayıb. Belə ki, qurum yolların buzlanmasına qarşı istifadə ediləcək emal edilməmiş texniki duzun satın alınması ilə bağlı irimiqyaslı işlər həyata keçirir. Proses üçün nəzərdə tutulan məbləğin ümumi dəyəri 1545 000 manat təşkil edir.
Qarşıdakı qış mövsümündə Azərbaycanda, xüsusilə Bakıda hava şəraiti necə olacaq? Paytaxtda güclü qar yağması və yolların buz bağlaması ehtimalı nə qədərdir?
Globalinfo.az-a danışan “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin (İB) sədri, ekoloq İradə Həsənova deyib ki, qış mövsümünə qabaqcadan hazırlaşmaq zəruridir:
“Çünki hava şəraitinin qəfil dəyişməsi, temperaturun sıfırdan aşağı düşməsi, yolların, körpülərin və yol ötürücülərinin buz bağlaması nəqliyyatın hərəkətində ciddi çətinliklər yarada bilər. Xüsusilə intensiv nəqliyyat axınına malik Bakıda belə halların qarşısının alınması insanların təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Qarşıdan gələn qışda Azərbaycanda, xüsusilə paytaxtda güclü qar yağacağı və kəskin şaxtaların müşahidə ediləcəyi barədə əvvəlcədən qəti fikir söyləmək düzgün olmaz.
Mövsümi hava proqnozları ümumi tendensiyaları göstərsə də, konkret ərazilərdə qarın intensivliyini və buzlanmanın müddətini uzun müddət əvvəldən dəqiqliklə müəyyənləşdirmək mümkünsüzdür. Buna görə də texniki duz ehtiyatının yaradılmasını mütləq şəkildə sərt qış gözləntisi ilə əlaqələndirmək olmaz. Bu, eyni zamanda, mümkün risklərə qarşı qabaqlayıcı tədbirdir. Bakının qış mövsümünə hazırlığı məsuliyyətli yanaşma tələb edir. Burda məqsəd yalnız qar yağanda yolları təmizləmək deyil, mümkün buzlanma risklərini əvvəlcədən azaltmaqdır”.
Ekoloq bildirib ki, satınalmaya ayrılan vəsaitin həcmi ayrıca diqqət tələb edir:
“Əgər əvvəlki mövsümlə müqayisədə eyni miqdarda texniki duzun alınması üçün nəzərdə tutulan məbləğdə ciddi fərq yaranıbsa, bu artımın səbəbləri aydın şəkildə izah edilməlidir. Bunun üçün satınalmanın şərtləri, texniki tələblər, bazar qiymətləri, daşınma və digər mümkün xərclər müqayisəli şəkildə araşdırılmalıdır. Digər mühüm məsələ alınacaq duzun miqdarının real ehtiyaclara uyğun müəyyənləşdirilməsidir. Ötən mövsümdən qalan ehtiyatların olub-olmaması, duzun hansı ərazilərdə və hansı həcmdə istifadə ediləcəyi, saxlanma şəraiti və sərfiyyata nəzarət mexanizmləri də nəzərə alınmalıdır. Çünki qışa hazırlıq yalnız lazımi materialın alınması ilə bitmir, həmin materialın düzgün bölüşdürülməsi və vaxtında tətbiqi də vacibdir”.
10:28 / 21 Oktyabr 2026
3
10:26 / 21 Oktyabr 2026
13
10:20 / 21 Oktyabr 2026
25
10:17 / 21 Oktyabr 2026
81
09:59 / 21 Oktyabr 2026
56
09:50 / 21 Oktyabr 2026
68
09:38 / 21 Oktyabr 2026
69
09:36 / 21 Oktyabr 2026
54
09:31 / 21 Oktyabr 2026
57
09:29 / 21 Oktyabr 2026
72
09:28 / 21 Oktyabr 2026
63
23:59 / 20 Oktyabr 2026
137
23:35 / 20 Oktyabr 2026
205
23:23 / 20 Oktyabr 2026
113
23:16 / 20 Oktyabr 2026
108
22:54 / 20 Oktyabr 2026
176
22:44 / 20 Oktyabr 2026
135
22:33 / 20 Oktyabr 2026
151
22:22 / 20 Oktyabr 2026
106
22:22 / 20 Oktyabr 2026
134
21:51 / 20 Oktyabr 2026
292
21:47 / 20 Oktyabr 2026
258
21:42 / 20 Oktyabr 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.