Ağır qəza:Ölən və yaralılar var
10 Noyabr 2026, 08:56
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
249
20.10.2026, 19:48
Azərbaycan Premyer Liqasının VIII turunda baş verən qayda pozuntularına görə bir sıra klublara və futbol rəsmilərinə qarşı intizam tədbirləri görülüb.
Oxu24.com xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərarlar qəbul edib.
Belə ki, "Qarabağ" - "Neftçi" matçında azarkeşlərin rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə Ağdam klubu 5 000 manat cərimələnib. Beş futbolçusu sarı vərəqə alan "Neftçi" 700 manat, azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etməsinə görə isə əlavə 3 000 manat cərimə ödəyəcək.
Oyunun 90+4-cü dəqiqəsində stadiona cüzi zərər vuran və dəymiş zərəri yerindəcə ödəyən "Neftçi"nin mətbuat katibi Asəf Zeynallıya xəbərdarlıq edilib.
"Şamaxı" - "Şəfa" qarşılaşmasında isə "Şamaxı"nın məşqçisi Araz Bağırov hakimin qərarına etiraz etdiyi üçün ikinci sarı vərəqə alaraq meydandan qovulub. O, bir oyunluq cəzalanıb, klubu isə 2 500 manat cərimələnib. Həmin matçda dörd futbolçusu sarı vərəqə alan "Şəfa" da 700 manat cərimə ödəyəcək.
"Sumqayıt" - "Araz-Naxçıvan" oyununda ikinci sarı vərəqə alaraq meydandan qovulan Ağadadaş Salyanski bir oyunluq cəzalanıb. Bu qərara əsasən, Naxçıvan klubu 500 manat cərimələnib.
"İmişli" - "Turan Tovuz" qarşılaşmasında dörd futbolçusu sarı vərəqə alan Tovuz təmsilçisi də 700 manat cərimə ödəyəcək.Axar.az
08:56 / 10 Noyabr 2026
1
08:46 / 10 Noyabr 2026
45
08:42 / 10 Noyabr 2026
179
05:37 / 10 Noyabr 2026
132
05:27 / 10 Noyabr 2026
187
04:34 / 10 Noyabr 2026
135
04:12 / 10 Noyabr 2026
188
02:34 / 10 Noyabr 2026
167
02:02 / 10 Noyabr 2026
159
01:30 / 10 Noyabr 2026
386
01:19 / 10 Noyabr 2026
531
01:00 / 10 Noyabr 2026
230
00:25 / 10 Noyabr 2026
1126
00:20 / 10 Noyabr 2026
160
00:14 / 10 Noyabr 2026
506
00:08 / 10 Noyabr 2026
156
23:52 / 09 Noyabr 2026
293
23:52 / 09 Noyabr 2026
2469
23:48 / 09 Noyabr 2026
159
23:42 / 09 Noyabr 2026
431
23:37 / 09 Noyabr 2026
532
23:32 / 09 Noyabr 2026
191
23:28 / 09 Noyabr 2026
210
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.