Gürcüstanın Azərbaycandan soğan idxalına çəkdiyi xərc 2 dəfədən çox artıb
10 Noyabr 2026, 17:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
232
20.10.2026, 18:26
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Qurbanqulu Berdiməhəmmədov adına Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva və Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva oktyabrın 20-də Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olublar.
Oxu24.com xəbər verir ki, ziyarət zamanı qonaqlara Türkmənistanın əl xalçalarının vətəni olaraq qədim ənənələrə əsaslanan xalçaçılıq sənətini bu gün də uğurla qoruyub inkişaf etdirdiyi bildirilib. Qeyd olunub ki, bu məqsədlə yaradılmış və qiymətli eksponatların qorunduğu Xalça Muzeyində nadir və nəhəng nümunələr saxlanılır.
Vurğulanıb ki, burada 2001–2003-cü illərdə toxunulmuş və “Ginnesin Rekordlar Kitabı”na daxil edilmiş dünyanın ən böyük xalçası, İkinci Dünya müharibəsi illərində qadınların çətinliklərə baxmayaraq sona çatdırdıqları ilk nəhəng xalça, həmçinin 2009-cu ildə xüsusi olaraq muzeyin yeni binası üçün toxunulmuş xalçalar qorunub saxlanılır. Muzeyin fondlarında 2000-ə yaxın nadir və qədim əl işi xalça məmulatları, o cümlədən XVII–XIX əsrlərə aid unikal nümunələr mövcuddur.
Sonra milli türkmən geyimlərinin moda sərgisi nümayiş olunub. Nümayiş zamanı əl işi naxışlı ipək türkmən libasları, qədim milli, həmçinin müasir elementlərlə zənginləşdirilmiş geyimlər də geniş şəkildə təqdim edilib.



17:42 / 10 Noyabr 2026
18
17:35 / 10 Noyabr 2026
42
17:16 / 10 Noyabr 2026
169
17:10 / 10 Noyabr 2026
81
17:06 / 10 Noyabr 2026
111
16:55 / 10 Noyabr 2026
361
16:47 / 10 Noyabr 2026
82
16:41 / 10 Noyabr 2026
81
16:35 / 10 Noyabr 2026
102
16:21 / 10 Noyabr 2026
134
16:12 / 10 Noyabr 2026
218
15:58 / 10 Noyabr 2026
118
15:44 / 10 Noyabr 2026
217
15:34 / 10 Noyabr 2026
348
15:31 / 10 Noyabr 2026
102
15:25 / 10 Noyabr 2026
140
15:22 / 10 Noyabr 2026
118
14:58 / 10 Noyabr 2026
3367
14:55 / 10 Noyabr 2026
629
14:48 / 10 Noyabr 2026
574
14:23 / 10 Noyabr 2026
629
14:20 / 10 Noyabr 2026
995
14:09 / 10 Noyabr 2026
430
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.