Sahil Babayevdən AÇIQLAMA:2030-cu ilə hədəf ...
11 Noyabr 2026, 11:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
259
20.10.2026, 13:04
Oktyabrın 20-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın, Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayevanın və Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyevanın üçtərəfli görüşü olub.
Oxu24.com xəbər verir ki, Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva Aşqabadda keçiriləcək MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin ölkələri ümumi mənəvi-mədəni dəyərlər və sosial-humanitar məsələlərə oxşar baxışlar əsasında birləşdirən mühüm hadisə olduğunu bildirib.
Xüsusilə ətraf mühitin mühafizəsinə, eləcə də regional və beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığa diqqət çəkən Oğulcahan Atabayeva sərginin ətraf mühitin qorunması istiqamətində, həmçinin real addım olacağına əminliyini ifadə edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva birgə səylərlə bir çox mühüm ekoloji layihəni həyata keçirməyin mümkünlüyünü vurğulayıb. Xeyriyyə Fondunu ziyarət etdiyini xatırladan Leyla Əliyeva uşaqlara göstərilən yüksək qayğının şəxsən şahidi olduğunu bildirib və bugünkü sərginin xeyirxahlığa doğru daha bir addım olacağını deyib.
Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva qeyd edib ki, bu cür görüşlər yeni imkanlar açır, xüsusilə də insanlara qayğı göstərmək və gələcəyi bunun üzərində qurmaq kimi ümumi arzunu birləşdirməyə imkan verir. O vurğulayıb ki, hər bir uşaq üçün ən başlıca amil anasının yanında özünü qayğıkeşlik və təhlükəsizlik içərisində hiss etməsi, sevildiyinə və hər zaman eşidiləcəyinə əmin olmasıdır.
11:34 / 11 Noyabr 2026
13
11:32 / 11 Noyabr 2026
77
11:28 / 11 Noyabr 2026
54
11:16 / 11 Noyabr 2026
201
11:13 / 11 Noyabr 2026
61
11:11 / 11 Noyabr 2026
79
11:06 / 11 Noyabr 2026
77
10:56 / 11 Noyabr 2026
244
10:51 / 11 Noyabr 2026
91
10:45 / 11 Noyabr 2026
91
10:33 / 11 Noyabr 2026
87
10:19 / 11 Noyabr 2026
91
10:13 / 11 Noyabr 2026
86
10:10 / 11 Noyabr 2026
88
10:10 / 11 Noyabr 2026
259
10:09 / 11 Noyabr 2026
147
09:56 / 11 Noyabr 2026
84
09:37 / 11 Noyabr 2026
881
09:35 / 11 Noyabr 2026
121
09:29 / 11 Noyabr 2026
95
09:25 / 11 Noyabr 2026
104
09:24 / 11 Noyabr 2026
89
09:22 / 11 Noyabr 2026
125
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.