9 noyabrda QAR YAĞACAQ
09 Noyabr 2026, 02:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
296
19.10.2026, 23:20
Dilarə Ələkbər qızı Əliyeva 1929-cu il dekabrın 14-də Tiflisdə dəmirçi ailəsində doğulub.
Orada azərbaycandilli 97 nömrəli orta məktəbi bitirdikdən sonra ADU-nun Şərqşünaslıq fakültəsində təhsil alıb.
Azərbaycan SSR EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olandan sonra Gürcüstan SSR EA-nın Şota Rustaveli adına Ədəbiyyat İnstitutuna ezam edilib.Rus dilində "Azərbaycan-gürcü ədəbi əlaqələrinin XIX əsr ədəbiyyatında inikası" mövzusunda namizədlik dissertasiyasını işləyib və 1954-cü ildə müdafiə edib.
Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, Nizami adına Ədəbiyyat Muzeyində baş elmi işçi, muzeyin qədim və orta əsrlər ədəbiyyatı şöbəsində müdir, sonra Nizami adına Ədəbiyyat İnstitutunun ədəbi əlaqələr şöbəsində böyük elmi işçi, nizamişünaslıq şöbəsində böyük elmi işçi, institutun ədəbi əlaqələr şöbəsində aparıcı elmi işçi olub, eyni zamanda bölmə müdiri kimi çalışıb.1984-cü ildə rus dilində "Nizami və gürcü ədəbiyyatı" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
1988-ci ildə Ermənistanın Qarabağ torpaqlarına iddiası ilə əlaqədar başlayan Azərbaycan Xalq Hərəkatının fəal iştirakçısı olub, AXC İdarə Heyətinin üzvü seçilib.
1960-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gürcüstan SSR əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatı (1991) olan Dilarə Əliyeva 1991-ci il aprelin 19-da müəmmalı avtomobil qəzasında türkoloq alim, tənqidçi və siyasətçi Aydın Məmmədov ilə birgə faciəli şəkildə həlak olub.Bakıda Fəxri Xiyabanda dəfn edilib.
Onu da qeyd edək ki, Dilarə Əliyeva Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin qurucularından və rəhbərlərindən biri olub.Hazırda qadın hüquqlarının müdafiəsi ilə məşğul olan ictimai birlik və Bakıda bir küçə onun adını daşıyır...
RUHU ŞAD OLSUN!
Müəllif: Tarixçi Namiq Həsənov
04:25 / 09 Noyabr 2026
177
02:31 / 09 Noyabr 2026
169
01:34 / 09 Noyabr 2026
195
01:20 / 09 Noyabr 2026
362
01:10 / 09 Noyabr 2026
287
01:06 / 09 Noyabr 2026
166
00:58 / 09 Noyabr 2026
290
00:50 / 09 Noyabr 2026
202
00:29 / 09 Noyabr 2026
743
00:25 / 09 Noyabr 2026
461
00:21 / 09 Noyabr 2026
164
00:17 / 09 Noyabr 2026
139
00:12 / 09 Noyabr 2026
140
23:49 / 08 Noyabr 2026
196
23:45 / 08 Noyabr 2026
175
23:18 / 08 Noyabr 2026
1149
23:14 / 08 Noyabr 2026
182
23:09 / 08 Noyabr 2026
262
23:07 / 08 Noyabr 2026
226
22:35 / 08 Noyabr 2026
503
22:32 / 08 Noyabr 2026
420
22:16 / 08 Noyabr 2026
168
22:07 / 08 Noyabr 2026
204
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.