Azərbaycanda Dövlət Bayrağı Günüdür
09 Noyabr 2026, 08:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
463
19.10.2026, 23:16
Oktyabrın 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Arkadağ şəhərində yerləşən Qurbanqulu Berdiməhəmmədov adına Uşaq Sağlamlığı və Uşaq Sağlamlığı nin fəaliyyəti ilə tanış olub.
Oxu24.com xəbər verir ki, ziyarət zamanı Leyla Əliyevaya mərkəzdə uşaqların sağlamlığının qorunması, fiziki inkişafının dəstəklənməsi və reabilitasiyası istiqamətində həyata keçirilən layihə və xidmətlər barədə ətraflı məlumat verilib.
Mərkəzin masaj və oyun otaqları, habelə müasir reabilitasiya bölmələri ilə tanışlıq zamanı mərkəzin fəaliyyətinin beynəlxalq standartlara, tibb elminin son nailiyyətlərinə və müasir bərpa-müalicə avadanlıqlarına əsaslandığı qeyd olunub. Burada fiziki imkanları məhdud uşaqların tam reabilitasiyası və cəmiyyətə uğurlu inteqrasiyası üçün bütün zəruri şərait yaradılıb.
Xüsusi tərtibatla hazırlanan oyun otaqları isə uşaqların asudə vaxtlarının səmərəli təşkilinə, ünsiyyət bacarıqlarının formalaşmasına və psixoloji gərginliyin aradan qaldırılmasına xidmət edir. Yaradılan şərait uşaqların özlərini rahat və təhlükəsiz hiss etmələrinə, daxili potensiallarını üzə çıxarmalarına imkan verir.


04:25 / 09 Noyabr 2026
177
02:31 / 09 Noyabr 2026
169
01:34 / 09 Noyabr 2026
195
01:20 / 09 Noyabr 2026
362
01:10 / 09 Noyabr 2026
287
01:06 / 09 Noyabr 2026
166
00:58 / 09 Noyabr 2026
290
00:50 / 09 Noyabr 2026
202
00:29 / 09 Noyabr 2026
743
00:25 / 09 Noyabr 2026
461
00:21 / 09 Noyabr 2026
164
00:17 / 09 Noyabr 2026
139
00:12 / 09 Noyabr 2026
140
23:49 / 08 Noyabr 2026
196
23:45 / 08 Noyabr 2026
175
23:18 / 08 Noyabr 2026
1149
23:14 / 08 Noyabr 2026
182
23:09 / 08 Noyabr 2026
262
23:07 / 08 Noyabr 2026
226
22:35 / 08 Noyabr 2026
503
22:32 / 08 Noyabr 2026
420
22:16 / 08 Noyabr 2026
168
22:07 / 08 Noyabr 2026
204
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.