Baş nazir qərar imzaladı
19 Oktyabr 2026, 20:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
74
19.10.2026, 19:59
Beş il öncə icbari tibbi sığorta sisteminin bütün ölkə ərazisi üzrə tətbiqi Azərbaycanın səhiyyə sistemində mühüm institusional islahat idi.
Oxu24.com xəbər verir ki,bu sözləri "Report"a açıqlayan Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib ki, bunun əsas səbəbi yalnız səhiyyənin maliyyələşdirilməsi deyil, həm də əhalinin tibbi xidmətlərə çıxışını yaxşılaşdırmaq, maliyyə maneələrini azaltmaq və mövcud səhiyyə resurslarından daha səmərəli istifadə etmək zərurəti olub.
O qeyd edib ki, islahatdan əvvəl əsas problemlərdən biri əhali üçün tibbi xidmətlərə çıxışda maliyyə maneələrinin olması idi:
"Eyni zamanda, tibb müəssisələrinin maliyyələşdirilməsi onları xidmətlərin həcmini və keyfiyyətini artırmağa kifayət qədər stimullaşdırmırdı.
İcbari tibbi sığorta səhiyyə vəsaitlərinin vahid fond şəklində toplanması, həmin vəsaitlərin əhali üçün müəyyən edilmiş xidmətlərə yönəldilməsi, tibb müəssisələrinin nəticə və xidmət keyfiyyətinə əsaslanan maliyyələşdirilməsinə keçid və əhalinin tibbi xidmətlərə daha əlçatan çıxışının təmin edilməsi üçün institusional əsas formalaşıb.
İcbari sığorta fondunun strateji alıcı kimi çıxış etməsi səhiyyə xidmətlərinin hansı həcmdə, hansı keyfiyyətdə və hansı tibb müəssisələrindən alınmasına daha məqsədyönlü yanaşma yaratmalı idi".
Deputatın fikrincə, TƏBİB-in yaradılması bu islahatın digər mühüm tərəfini – səhiyyə xidmətlərinin idarə olunmasını təmin edib:
"TƏBİB səhiyyə sistemində daha aydın idarəetmə və məsuliyyət mexanizminin formalaşmasına imkan verib. Bu, xüsusilə vacib idi, çünki Azərbaycan səhiyyə sistemi uzun müddət əsasən xəstəxana yönümlü modelə əsaslanırdı. Yeni yanaşmada isə ailə həkimi və ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi, xəstəliklərin erkən aşkarlanması və profilaktikaya daha çox diqqət ayrılması nəzərdə tutulurdu. TƏBİB missiyasını tamamlayıb, keçid dövrünün operativ idarəçisindən vahid strateji sistemin tərkib hissəsinə inteqrasiya edib.
Yeni islahatın məqsədi səhiyyə idarəetmə sisteminin vahid struktura çevrilməsi, bununla da, səmərəliliyin artırılması, ən əsası isə vətəndaş üçün daha əlçatan, keyfiyyətli və nəticəyönümlü tibbi xidmətin təmin edilməsi, vətəndaş məmnunluğunun artırılmasıdır".
P. Vəliyeva vurğulayıb ki, TƏBİB-in Səhiyyə Nazirliyinə birləşdirilməsi səhiyyə sistemində struktur dəyişikliklərindən daha çox, vahid strateji idarəetməyə, daha aydın məsuliyyət, daha güclü koordinasiya və nəticəyönümlü səhiyyə modelinə keçirilməsi baxımından əhəmiyyətlidir:
"Bəzi xəstəliklərin müalicəsi iki qurum arasında bölünüb, bu isə idarəetmədə, data-nın toplanmasında çətinliklər yaradırdı. Vətəndaş bəzən qurumların səlahiyyətləri arasında bölgünü qarışdırırdı, xüsusilə müraciətlərin doğru ünvana çatdırılması ilə bağlı problemlər yaranırdı. Vahid idarəetmə ilə həm tibbi xidmətlərin təşkili, həm ölkə üzrə dərmanların, tibbi avadanlıqların satınalınması, qeydiyyatı və bölgüsü, həm də, kadrların təlimi, sertifikasiyası, işlə təminatı məsələlərinə Səhiyyə Nazirliyi məsul olacaq.
Bundan başqa, səhiyyə siyasətlərinin formalaşdırılması, strategiya planlarının hazırlanması, eləcə də, qanunvericilik təşəbbüsləri vahid qurum tərəfindən irəli sürüləcək.
Dünya praktikasında da belədir, icbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsidir və həmin quruma tabedir, səhiyyə məsələləri isə digər vahid qurumun səlahiyyətindədir. Təbii ki, icbari tibbi sığorta sisteminin ölkə üzrə tam qavranılması, sistemin oturuşması üçün müəyyən vaxt lazım olur, bu mənada TƏBİB keçid missiyasını uğurla tamamlayıb və daha təkmil idarəetmə modelinə keçid edib".
Məlumat üçün qeyd edək ki, bu gün Prezident İlham Əliyevin Fərmanı ilə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxs Səhiyyə Nazirliyinin tabeliyinə verilib.
Həmçinin dövlət başçısının Sərəncamı ilə səhiyyə naziri Teymur Musayev vəzifəsindən azad edilərək Baş nazirin müavini təyinatını alıb.
Prezidentin digər Sərəncamları ilə TƏBİB-in icraçı direktoru Anar Bayramov vəzifəsindən azad edilərək səhiyyə naziri təyin edilib.
21:14 / 19 Oktyabr 2026
10
21:02 / 19 Oktyabr 2026
90
20:49 / 19 Oktyabr 2026
64
20:39 / 19 Oktyabr 2026
73
20:25 / 19 Oktyabr 2026
61
20:11 / 19 Oktyabr 2026
84
20:08 / 19 Oktyabr 2026
66
19:48 / 19 Oktyabr 2026
79
19:35 / 19 Oktyabr 2026
100
19:24 / 19 Oktyabr 2026
100
19:15 / 19 Oktyabr 2026
111
19:11 / 19 Oktyabr 2026
157
19:04 / 19 Oktyabr 2026
86
18:58 / 19 Oktyabr 2026
71
18:50 / 19 Oktyabr 2026
87
18:49 / 19 Oktyabr 2026
206
18:45 / 19 Oktyabr 2026
81
18:37 / 19 Oktyabr 2026
893
18:33 / 19 Oktyabr 2026
94
18:30 / 19 Oktyabr 2026
1053
18:27 / 19 Oktyabr 2026
78
18:22 / 19 Oktyabr 2026
125
18:17 / 19 Oktyabr 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.