Qaynar xətt:

(+99450) 247 90 86

Xəbərdarlıq: Azərbaycanda COVİD yayılır - Video

Xəbərdarlıq: Azərbaycanda COVİD yayılır - Video

CƏMİYYƏT

86

19.10.2026, 19:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Əziz hamilələr, diqqətli olun! COVİD və qrip yenidən yayılıb.

Oxu24.com  Bakupost.az-a istinadən xəbər verir ki, bunu ginekoloq Günel Ziyadova bildirib.

Həkim insanlara qrip əlamətləri olan şəxslərlə təmasdan çəkinməyi və peyvənd olunmağı tövsiyə edib.

G.Ziyadova qeyd edib ki, Amerika Mamalıq və Ginekologiya Kollecinin (ACOG) 2026-cı il üçün tövsiyələrinə əsasən, hamilələr inaktivləşdirilmiş qrip peyvəndi ilə yanaşı, COVİD əleyhinə peyvənd də oluna bilərlər:

"Nə qrip, nə də COVİD peyvəndlərinin hamiləlik dövrü üçün heç bir zərəri yoxdur. Əksinə, hamiləlik zamanı immun sistemində baş verən dəyişikliklər səbəbindən bu infeksiyaları daha ağır keçirə bilərsiniz. Nəticədə xəstəxanaya yerləşdirilmə zərurəti yarana, hətta vaxtından əvvəl doğuş baş verə bilər".