"Ey Sevgili Bayrağım!"— Şəmsi Vəfadarın qələmindən öz səsi ilə
09 Noyabr 2026, 09:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
301
19.10.2026, 19:04
Bakı Metropolitenində xətlərin ayrılmasından sonra tələbələrin gündəlik nəqliyyat xərclərinin artması onların təqaüdlərinin qaldırılması və xüsusi güzəştlərin tətbiq edilməsi məsələsini yenidən gündəmə gətirib. Məsələ ilə bağlı deputat Elşad Musayev bildirib ki, metro xətlərinin ayrılması tələbələrin maddi durumuna bilavasitə təsir göstərib və yaxınlaşan büdcə müzakirələri zamanı tələbə təqaüdlərinin artırılması mövzusunun qaldırılması nəzərdə tutulub. Növbəti ildə minimum əməkhaqqı və müavinətlərlə yanaşı, tələbə təqaüdləri ilə bağlı da müsbət addımların atılacağı gözlənilir.
Lakin əsas sual doğuran məqam gözlənilən artımın mövcud inflyasiya və artan nəqliyyat xərclərini neçə faiz kompensasiya edəcəyidir. Günümüzdə ərzaq, kirayə, kommunal xidmətlər və nəqliyyat qiymətlərinin yüksəlməsi Bakıda təhsil alan gənclərin gündəlik büdcəsinə ciddi təzyiq göstərir. Bu baxımdan təqaüdlərin simvolik və ya cüzi məbləğdə artırılması tələbələrin alıcılıq qabiliyyətində hissediləcək yaxşılaşma yaratmaya bilər. Ekspertlər hesab edirlər ki, sosial müdafiə tədbirləri sadəcə rəqəmsal artımla məhdudlaşmamalı, real yaşayış minimumu ilə uzlaşdırılmalıdır. Bəs iqtisadi baxımdan təqaüdlərin gözlənilən artımı mövcud bahalaşmanı və gündəlik yol xərclərini qarşılamağa kifayət edəcəksə, bu gənclərin rifahına necə təsir edəcək?
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, tələbə təqaüdlərinin artırılması müsbət addım olardı, lakin burada əsas məsələ artımın məbləği, inflyasiyanın səviyyəsi və nəqliyyat xərclərinin yaratdığı təzyiqdir.
Onun sözlərinə görə, Azərbaycanda ərzaq, kirayə, kommunal xidmətlər və nəqliyyat xərclərinin artması tələbələrin gündəlik büdcəsinə ciddi təsir göstərir. Metro xətlərinin ayrılması nəticəsində bəzi tələbələrin əlavə nəqliyyat xərcləri ilə üzləşməsi də onların maliyyə yükünü artırır.
Akif Nəsirli qeyd edib ki, təqaüdlər cüzi məbləğdə artırılarsa, bu, qiymət artımını və əlavə yol xərclərini tam kompensasiya etməyəcək, tələbələrin alıcılıq qabiliyyətində də ciddi yaxşılaşma yaratmayacaq:
“Buna görə təqaüdlərin artırılması inflyasiyanın səviyyəsi və tələbələrin real yaşayış xərcləri nəzərə alınmaqla həyata keçirilməlidir. Eyni zamanda, bütün tələbələrə eyni yanaşma əvəzinə, maddi imkanı zəif olan tələbələrə, xüsusilə bölgələrdən Bakıya təhsil almağa gələn və kirayədə yaşayan gənclərə əlavə güzəştlərin verilməsi daha məqsədəuyğun olardı. Nəqliyyat xərclərinin azaldılması üçün tələbələrə xüsusi tariflərin tətbiqi də onların sosial müdafiəsinə real töhfə verə bilər”.
Göründüyü kimi, tələbə təqaüdlərinin artırılması gözlənilən və təqdirəlayiq addım olsa da, bunun gənclərin sosial rifahına real təsiri mexanizmin necə tətbiq olunacağından asılıdır. İqtisadçıların da qeyd etdiyi kimi, qiymət artımları və nəqliyyat xərcləri fonunda sadəcə rəqəmlərin dəyişməsi deyil, ünvanlı güzəştlərin və xüsusi nəqliyyat tariflərinin tətbiqi daha effektiv nəticə verə bilər.
Çimnaz Telmanqızı
10:30 / 09 Noyabr 2026
1
10:27 / 09 Noyabr 2026
18
10:10 / 09 Noyabr 2026
61
10:09 / 09 Noyabr 2026
69
10:00 / 09 Noyabr 2026
131
09:36 / 09 Noyabr 2026
709
09:26 / 09 Noyabr 2026
72
09:19 / 09 Noyabr 2026
114
08:46 / 09 Noyabr 2026
96
08:42 / 09 Noyabr 2026
644
08:25 / 09 Noyabr 2026
129
04:25 / 09 Noyabr 2026
702
02:31 / 09 Noyabr 2026
668
01:34 / 09 Noyabr 2026
361
01:20 / 09 Noyabr 2026
795
01:10 / 09 Noyabr 2026
477
01:06 / 09 Noyabr 2026
212
00:58 / 09 Noyabr 2026
452
00:50 / 09 Noyabr 2026
341
00:29 / 09 Noyabr 2026
1312
00:25 / 09 Noyabr 2026
662
00:21 / 09 Noyabr 2026
241
00:17 / 09 Noyabr 2026
182
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.