Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
11 Noyabr 2026, 16:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
795
19.10.2026, 10:31
“Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklər bu ayın ilk günündən qüvvəyə minəcək.
Oxu24.com xəbər verir ki, bu sözləri iqtisadçı alim, deputat Vüqar Bayramov qeyd edib.
"Qaydalara əsasən, bəzi vətəndaşlarımızın pensiyalarına aylıq pensiya əlavəsi hesablanacaq. Yəni, onların sosial yığımları əsasında müəyyənləşdirilən pensiya məbləğinə aylıq sabit məbləğlər əlavə olunacaq və bu da pensiya məbləğlərinin artmasına gətirib çıxaracaq.
Hazırda bu kateqoriyadan olan şəxslər pensiyaya çıxarkən onların pensiyaları kapitala əsasən deyil, əmək haqqı məbləğlərinə uyğun müəyyənləşir. Yeni dəyişikliklər sığorta mexanizmini gücləndirdiyindən bu şəxslər pensiyaya çıxarkən onların fərdi şəxsi hesablarındakı yığıma əsasən müəyyənləşən məbləğə sabit əlavələr ediləcək. Söhbət dövlət qulluqçuları, Müdafiə Nazirliyinin hərbi qulluqçuları və bir sıra digər kateqoriya şəxslərdən gedir.
Sadə misal ilə izah etsək: Əgər bu kateqoriyaya uyğun gələn vətəndaşın 100 min manat pensiya kapitalı varsa, o vəsaitin 85 faizi fərdi hesabda cəmləşəcək. Yəni, fərdi hesabda 85 min manat vəsait olacaq. Həmin şəxsin yığım əsaslı pensiya məbləğinin müəyyənləşdirilməsi üçün o vəsait 144-ə bölünəcək (85000 manat/144= 590.2 manat). Deməli, həmin vətəndaşımızın yığım əsaslı pensiya məbləği 590.2 manat olacaq. Vətəndaşımız qeyd edilən xüsusi kateqoriyaya daxil olduğu üçün onun yığım əsaslı pensiya məbləğinə sabit vəsait əlavə olunacaq. Nəticədə: Aylıq pensiya məbləği = 590.2 manat + sabit əlavə.
Yeni qaydalar ilə pensiya ve pensiya əlavəsinin proaktiv təyinatı həyata keçiriləcək. Yəni, həmin vətəndaşlarımız heç bir dövlət qurumuna müraciət etməyəcəklər və onların pensiya məbləği elektron olaraq müəyyənləşəcək və təyin ediləcək. Təyin edilən aylıq pensiya əlavəsinin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən ediləcək. Yəni, Qanuna edilən dəyişikliklər təsdiq olunan zaman Fərmanla aylıq pensiya məbləğini təyin edəcək qurum da müəyyənləşəcək", - o əlavə edib.
16:01 / 11 Noyabr 2026
1
16:00 / 11 Noyabr 2026
11
15:50 / 11 Noyabr 2026
40
15:50 / 11 Noyabr 2026
35
15:40 / 11 Noyabr 2026
42
15:31 / 11 Noyabr 2026
158
15:27 / 11 Noyabr 2026
325
15:13 / 11 Noyabr 2026
93
15:07 / 11 Noyabr 2026
107
14:51 / 11 Noyabr 2026
103
14:43 / 11 Noyabr 2026
157
14:39 / 11 Noyabr 2026
159
14:36 / 11 Noyabr 2026
96
14:26 / 11 Noyabr 2026
231
14:13 / 11 Noyabr 2026
726
13:58 / 11 Noyabr 2026
278
13:54 / 11 Noyabr 2026
543
13:48 / 11 Noyabr 2026
154
13:44 / 11 Noyabr 2026
219
13:41 / 11 Noyabr 2026
114
13:33 / 11 Noyabr 2026
276
13:27 / 11 Noyabr 2026
182
13:19 / 11 Noyabr 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.