Tomas Edison haqqında maraqlı FAKTLAR
18 Oktyabr 2026, 16:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
158
18.10.2026, 15:00
Xəbər verdiyimiz kimi, Bakı metrosunun genişləndirilməsi üçün 302 milyon dollar kredit ayrılıb. Bu maliyyələşmə Azərbaycan hökumətinin həyata keçirdiyi və ümumi dəyəri 2,6 milyard dollar olan metro şəbəkəsinin genişləndirilməsi proqramının bir hissəsidir.
Bu məbləğ qarşılığında hansı işlər görüləcək? Yeniliklər nədən ibarətdir?
.
Oxu24.com xəbər verir ki,Globalinfo.az-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev deyib ki, bu proses Bakı Metropolitenində sərnişindaşımanın daha dayanıqlı təşkili üçün müsbət zəmin yaradır:
"Proqram çərçivəsində 9 stansiyanın, 2 deponun və 20 kilometr uzunluğunda yeni tunellərin tikintisi, əlavə 300 metro vaqonunun alınması, həmçinin metropolitenin əməliyyat sistemlərinin modernləşdirilməsi nəzərdə tutulur. Layihənin əsas məqsədi metro xidmətlərinin əhatə dairəsini və daşıma qabiliyyətini artırmaq, Bakı və ətraf ərazilərdə nəqliyyat sıxlığını azaltmaqdır. Artıq işlərin ilk mərhələsini müşahidə edirik. 60 ilə yaxın yaşı olan Bakı Metropoliteninin daha dayanıqlı fəaliyyəti üçün üç xəttin müstəqil işləməsi istiqamətində tədbirlər görülür. Həmçinin qatarların hərəkət intervalının azaldılması və yeni xətlərin tikintisi baxımından bu kredit xüsusi əhəmiyyət daşıyır".
Ekspert bildirib ki, Bakı metrosu yeni inkişaf mərhələsinə qədəm qoyur:
"Mövcud infrastruktur ötən əsrin 70-ci illərinə aiddir və həmin dövr üçün müasir hesab olunurdu. Lakin bu infrastrukturun müasir dövrün tələblərinə uyğun yenilənməsinə, rəqəmsallaşdırılmasına və böyük şəhərin ehtiyaclarını ödəyəcək səviyyəyə çatdırılmasına ehtiyac var. Dövlət proqramında və kredit layihəsində də məhz bu məsələlərin həlli nəzərdə tutulur. Yeni stansiyaların və depoların tikintisi istiqamətində işlər aparılması sevindirici haldır. Hazırda 10 stansiyadan biri hazırlıq mərhələsindədir və tamamlanmaq üzrədir. Yeni deponun istifadəyə verilməsi də Bakı kimi böyük şəhər üçün əhəmiyyətli addımdır.
Növbəti mərhələdə Bakı kimi şəhər üçün ümumi dairəvi metro xəttinin tikintisi də gündəmə gətirilməlidir. Hazırda 27 stansiyası olan metropolitenin sayının 37-yə çatdırılması nəzərdə tutulursa da, Bakı kimi meqapolisdə stansiyaların sayının ən azı 50-yə çatdırılması vacibdir. Bu, şəhərdə hərəkətliliyin təmin olunmasında və sərnişin daşımalarının daha böyük hissəsinin metro vasitəsilə həyata keçirilməsində mühüm rol oynaya bilər".
15:35 / 18 Oktyabr 2026
75
15:25 / 18 Oktyabr 2026
46
15:12 / 18 Oktyabr 2026
73
14:55 / 18 Oktyabr 2026
1435
14:50 / 18 Oktyabr 2026
85
14:41 / 18 Oktyabr 2026
136
14:29 / 18 Oktyabr 2026
192
14:21 / 18 Oktyabr 2026
86
14:15 / 18 Oktyabr 2026
99
14:15 / 18 Oktyabr 2026
91
14:11 / 18 Oktyabr 2026
76
14:07 / 18 Oktyabr 2026
463
13:55 / 18 Oktyabr 2026
87
13:40 / 18 Oktyabr 2026
251
13:35 / 18 Oktyabr 2026
87
13:32 / 18 Oktyabr 2026
125
13:30 / 18 Oktyabr 2026
80
13:24 / 18 Oktyabr 2026
385
13:15 / 18 Oktyabr 2026
88
13:05 / 18 Oktyabr 2026
197
13:01 / 18 Oktyabr 2026
92
12:51 / 18 Oktyabr 2026
269
12:47 / 18 Oktyabr 2026
143
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.