9 noyabrda QAR YAĞACAQ
09 Noyabr 2026, 02:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
306
18.10.2026, 14:21
Azərbaycanın və bütün Yaxın Şərq regionunun dənizçilik tarixində silinməz iz qoyan Şövkət Səlimova, həm ölkəmizin ilk qadın gəmi kapitanı, həm də İslam aləmində bu zirvəyə yüksələn ilk müsəlman qadın kimi adını salnamələrə həkk etmişdir.
Oxu24.com bildirir ki,Şövkət Səlimova 25 dekabr 1920-ci ildə Şamaxı qəzasının (indiki İsmayıllı rayonu) qədim Lahıc kəndində dünyaya göz açmışdır. Neftçi ailəsində boy-başa çatan Şövkət on uşaqlı böyük bir ailənin ən böyük övladı idi və uşaqlığı Bakı şəhərində keçmişdir.
Görkəmli dənizçi Anna Şetininanın (dünyanın ilk qadın gəmi kapitanı) portretindən ilhamlanaraq gələcək peşəsini seçən Səlimova, Bakı Dənizçilik Məktəbində təhsil almağa qərar verir. 1940-cı ildə bu təhsil ocağını uğurla başa vurduqdan sonra o, Qara Dəniz Gəmiçiliyi idarəsinə təyinat alır.
İkinci Dünya Müharibəsi illərində Şövkət Səlimovanın çiyinlərinə böyük məsuliyyət düşür. O, əvvəlcə gəmi kapitanının köməkçisi, sonralar isə kapitan kimi strateji vəzifələri icra edir. Müharibənin ağır günlərində Stalinqrad cəbhəsinə zəruri olan silah, sursat və yanacağı cəsarətlə daşıyır, geriyə isə yaralı döyüşçülərin Bakı və Krasnovodsk şəhərlərindəki xəstəxanalara təhlükəsiz təxliyəsini təmin edir.
Məhz bu xidmətləri ilə o, Azərbaycanın ilk qadın gəmi kapitanı və Yaxın Şərqin ilk müsəlman qadın kapitanı kimi böyük bir tarixi uğura imza atır.
Müharibədə göstərdiyi igidlik və fədakarlıqlara görə o, bir sıra yüksək dövlət təltiflərinə layiq görülmüşdür.
• "Qafqazın müdafiəsinə görə" medalı
• "1941–1945-ci illər Böyük Vətən Müharibəsində Almaniya üzərində Qələbəyə görə" medalı
• II dərəcəli Vətən Müharibəsi ordeni
• Qırmızı Ulduz ordeni
Cəbhə illərindən sonra Şövkət Səlimova öz bilik və təcrübəsini gənc nəslə ötürmək üçün Azərbaycan Dövlət Neft və Kimya Universitetində əmək fəaliyyətini davam etdirmişdir. Əfsanəvi kapitan 2 iyul 1999-cu ildə Bakı şəhərində dünyasını dəyişmişdir.
Onun şərəfli ömür yolu kinematoqrafçıların da diqqətindən kənarda qalmamışdır. 2025-ci ildə rejissor Asif Rüstəmovun quruluşunda onun həyatından bəhs edən "Şövkət" adlı bədii filmin çəkilişləri yekunlaşmışdır. Ekran əsərində Şövkət Səlimova obrazını Nəzrin Abdullayeva canlandırmışdır. Filmdə həmçinin Qurban İsmayılov, Hikmət Rəhimov, Elsevər Rəhimov və Nigar Mürsəlova kimi tanınmış aktyorlar rol almışlar.
04:25 / 09 Noyabr 2026
177
02:31 / 09 Noyabr 2026
169
01:34 / 09 Noyabr 2026
195
01:20 / 09 Noyabr 2026
362
01:10 / 09 Noyabr 2026
287
01:06 / 09 Noyabr 2026
166
00:58 / 09 Noyabr 2026
290
00:50 / 09 Noyabr 2026
202
00:29 / 09 Noyabr 2026
743
00:25 / 09 Noyabr 2026
461
00:21 / 09 Noyabr 2026
164
00:17 / 09 Noyabr 2026
139
00:12 / 09 Noyabr 2026
140
23:49 / 08 Noyabr 2026
196
23:45 / 08 Noyabr 2026
175
23:18 / 08 Noyabr 2026
1149
23:14 / 08 Noyabr 2026
182
23:09 / 08 Noyabr 2026
262
23:07 / 08 Noyabr 2026
226
22:35 / 08 Noyabr 2026
503
22:32 / 08 Noyabr 2026
420
22:16 / 08 Noyabr 2026
168
22:07 / 08 Noyabr 2026
204
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.