...Bir daşı boynunda daşıyan adam...
09 Noyabr 2026, 20:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
309
17.10.2026, 18:51
Bütün dövrlərdə Azərbaycan kişisinin papağı, qadınının isə ləçəyi başında olub. Kişisi papağı qeyrət, namus hesab edib. Qadını isə örpəyini qandavasına, düşmənçiliyə sipər edib. Bir yaylıq təkcə, həya, abır təcəssümü yox, həm də töküləcək qanın, alınacaq canın xilaskarı olub. Biz, dəyərlərimizə hörmətlə yanaşdığımız kimi, onu qoruyub, saxlamağı da bacaran Xalqıq.
İndi kimlərinsə gəlib Azərbaycanın daxili işlərinə burun soxması arzuolunan hal deyil.
Xalq, dövlət olaraq nəyi, nə zaman və necə etməyi bilirik. Lütfən hərə öz qınına çəkilib, işi ilə məşğul olsun. Sürünmək istəyirsə, keçmişin qaranlıq dalanlarında mürgüləsin.
Bizim işimizə qarışmasın. Heç kimə nə can, nə də qan borcumuz yoxdur.
Suveren, müstəqil dövlətik. Öz qanunlarımız, adət-ənənələrimiz var. Bir yumruqda, bir amalda birləşib, cihada qalxmış, azadlığımızı və ərazi bütövlüyümüzü təmin etmişik.
Biz, çıxış və giriş sərhədlərimizi bilən, tanıyan dövlətik. Nə kiminsə sərhədlərini keçirik, nə də kiməsə o ixtiyarı veririk ki, sərhədlərimizi keçsin.
Son məqamda isə, xahiş yox, tələb edirik ki, heç kim Azərbaycanın daxili işlərinə müdaxilə etməsin.
Qanunun aliliyinə sadiq qalaraq birnəfər kimi hamımızın borcudur ki, qoyulan tələb və təkliflərə əməl edək. Yad təsirlərə, yad həvəslərə meyillənməyək.
Düşmən dəyirmanına su tökmək cahil, avam təbəqənin düşüncə tərzinə uyğundur. Qədim köklər üzərində inkişaf edən Azərbaycan müasir çağırışlara və tələblərə uyğun olaraq, cəhalətə və köləliyə yox deyir.
Fanatizm və mövhumat isə keçmişin qalıqları kimi sökülüb, atılmalıdır.
Dini əldə bayraq edənlər əgər, özlərini haqlı sayırlarsa, o zaman İslam dininin dəyərlərindən, elmindən bəhs etsinlər. Birhalda ki, Peyğəmbər buyurdu "Bir gün elm öyrənmək, qırx il ibadətdən üstündür".
Övladlarınıza elm öyrədin, sevdirin. Onları qoruyun. Yox əgər, bunu edə bilmirsinizsə, onların inkişafına və irəli getməsinə şərait yaratmaq imkanınız yoxdursa, imkan verin bunu bacaranlar etsin.
Biz xalq, dövlət olaraq böyük inkişaf mərhələsindəyik. Sağlam, savadlı, elmli gəncliklə işıqlı sabahlara getmək lazımdır.
Xurafatın, cahilliyin kənar təsirlərinə uyub, qaranlıq keçmişə qayıtmaq yox.
Gələcək daha işıqlı, xoşbəxtdir. Uşaqlarınızın əlindən bu xoşbəxtliyi almayın.
Ramidə Yaqubqızı
20:12 / 09 Noyabr 2026
4
20:11 / 09 Noyabr 2026
1
20:10 / 09 Noyabr 2026
25
20:06 / 09 Noyabr 2026
26
19:53 / 09 Noyabr 2026
54
19:52 / 09 Noyabr 2026
87
19:44 / 09 Noyabr 2026
85
19:44 / 09 Noyabr 2026
77
19:27 / 09 Noyabr 2026
74
19:25 / 09 Noyabr 2026
135
19:19 / 09 Noyabr 2026
103
19:15 / 09 Noyabr 2026
137
19:12 / 09 Noyabr 2026
248
19:11 / 09 Noyabr 2026
141
19:01 / 09 Noyabr 2026
82
18:57 / 09 Noyabr 2026
202
18:46 / 09 Noyabr 2026
101
18:41 / 09 Noyabr 2026
176
18:38 / 09 Noyabr 2026
177
18:31 / 09 Noyabr 2026
145
18:25 / 09 Noyabr 2026
1319
18:23 / 09 Noyabr 2026
123
18:14 / 09 Noyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.